Beynəlxalq Bank “American Express”lə yenidən eksklüziv əməkdaşlıq müqaviləsi imzaladı
(®) Bundan sonra da Azərbaycanda “American Express” kartı əldə etmək istəyən müştərilər bu istəklərini yalnız Azərbaycan Beynəlxalq Bankı ilə reallaşdıra biləcəklər.
Belə ki, Azərbaycan Beynəlxalq Bankı dünyanın ən nüfuzlu bankları ilə əməkdaşlıq edən “American Express” beynəlxalq kart təşkilatı ilə 6 il müddətinə yeni eksklüziv tərəfdaşlıq müqaviləsi imzalayıb.
İndiyə qədər ölkəmizdə bu ödəniş sisteminin ilk və yeganə tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı ilə “American Express”in tərəfdaşlıq münasibətləri 2007-ci ildən davam edir. Həmin il bank “American Express” kartlarına ekvayrinq xidməti göstərməyə başlayıb. Bir il sonra isə Azərbaycan Beynəlxalq Bankı eksklüziv olaraq “American Express” Green, “American Express” Gold, 2010-cu ildən isə “American Express” Platinum kartlarını öz dəyərli müştərilərinə təqdim edib. Hazırda bankın xidmət şəbəkəsinə daxil olan bütün ATM və POS terminallarda və eyni zamanda Bankla ekvayrinq üzrə sponsorluq razılaşması mövcud olan digər yerli bankların POS terminal şəbəkəsində “American Express” kartlarından istifadə etmək olar.
Yeni eksklüziv tərəfdaşlıq müqaviləsinin imzalanması münasibətilə Azərbaycan Beynəlxalq Bankı xüsusi kampaniya keçirəcək. 2019-cu ilin 11 yanvar - 31 yanvar tarixlərində istənilən şəxs valyutasına uyğun olaraq kart hesablarına 100 manat və ya 100 ABŞ dolları vəsait yerləşdirməklə 1 illik debet rejimli “American Express Green” kartlarını pulsuz əldə edə biləcək. Bundan əlavə, həmin kartı əldə edən müştərilərə “Mastercard Standard” kartı hədiyyə olaraq təqdim ediləcək. Kampaniyanın üstünlükləri bununla da tamamlanmır. Belə ki, kampaniya çərçivəsində sözügedən kartı əldə edən müştərilər avtomatik olaraq Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi “Qayğıkeş” klubunun üzvünə çevriləcəklər.
“American Express” 1850-ci ildən çoxfunksiyalı ödəniş kartları təklif edən ilk qlobal markadır. Dünyanın 159-dan çox ölkəsində şirkətin 146 tərəfdaşı var. 1000-dən çox adda kart çeşidi təklif edən şirkət hazırda 35 milyondan çox aktiv karta malikdir.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı ən çox beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bankın “American Express” kartları da daxil olmaqla təklif etdiyi bir çox plastik kart çeşidlərini buradan onlayn sifariş vermək olar: https://www.ibar.az/az/individual/plastic-cards/
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)




