Məşhur investor kriptovalyutalarda 136 milyon dollar itirib
Keçmiş "Goldman Sachs" əməkdaşı və hedc fond rəhbəri məşhur investor Mike Novogratz bu il kripto pullarda böyük ziyan edib.
Milyarder investor Mike Novogratzın kriptovalyutalara investisiya bankı olaraq qurduğu "Galaxy Digital Holdings", 3-üncü rüb maliyyə nəticələrini açıqlayıb.
"Marja" xəbər verir ki, Birjaya bildirilən məlumatlara görə, bank iyul-sentyabr dövründə 41 milyon dollar zərər edib. Beləliklə 2018-in ilk 9 ayında ümumi zərər 136 milyon dollara çatıb. Bu zərərə, ən böyük kriptovalyuta olan Bitcoin-in noyabr ayındakı təxminən 30% ucuzlaşması daxil deyil.
Bloomberg-in yaydığı bir analizə görə, bankın zərəri daha çox Bitcoin, Ripple, Litecoin mövqelərindən irəli gəlir. Məsələ ilə bağlı "Financial Times"a açıqlama verən Novogratz, düşən bir bazarda iş qurmağın çox çətin olduğunu amma kriptovalyuta qiymətlərinin 2019-da yenidən yüksəlişə keçməsini gözlədiyini qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
10 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























