Banklar 5 milyard dollarlıq xarici valyuta alıb-satıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın valyuta bazarı özünü tənzimləmə rejimində fəaliyyət göstərib və manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyllərə uyğun formalaşıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.
Sənəddə həmçinin deyilir ki, ölkənin xarici ticarət dövriyyəsinin artması ilə əlaqədar 9 ay ərzində valyuta bazarının hər iki seqmentində - qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların artması müşahidə edilib.
“Qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların dəyəri 17,7 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 84%-i dollarda, 16%-i isə digər valyutalarda aparılıb, 66,9%-i banklararası valyuta bazarında (BVB), 33,1%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
BVB-də dollarla aparılan əməliyyatların 53,6%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. Valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.
BDVB-də valyuta əməliyyatlarının dəyəriisə 11,8 milyard dollar ekvivalentində olub ki, bunun da 51,2%-ni dollarla əməliyyatlar təşkil edib. Valyuta əməliyyatlarının 92,6%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatları təşkil edib.
Bankların nağd xarici valyutanın alqı-satqısı üzrə apardığı əməliyyatların dəyəri isə 5 milyard dollar ekvivalentində olub. Bunun 3,9 mlrd. dollarını və yaxud 78%-ni dollarla aparılan əməliyyatlar təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
9 d. əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
-
49 d. əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
56 d. əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
İyunun 9-da gözlənilən hava şəraiti
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Ən çox oxunanlar
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi keçiriləcək




















.jpg)




