"Lisenziyalaşdırılmış mallar siyahısına daxil edilməli və reklamına qadağa qoyulmalıdır"
Azərbaycanda enerji içkilərinin satışı və istifadəsi sürətlə artır. Bu artımın ölkə əhalisinin sağlamlığına mənfi təsiri ilə bağlı Milli Məclisdə səslənən bəyanatlardan sonra onun bahalaşacağı barədə məlumatlar yayıldı. Çünki 2019-cu ildən yeni Vergi Məcəlləsi əsasında enerji içkilərinə aksiz vergisi tətbiq ediləcək, bu isə onun satış qiymətini artıracaq.
Millət vəkili qadağalar təklif edir
Hazırda Azərbaycan bazarında “XL”, “Pitbull”, “Rox”, “Red Bull”, “Hell”, “Jaquar”, “Blue”, “Reo Line”, “Monster” kimi enerji içkiləri satılır. Onların qiyməti kofein və karbohidratların tərkibinə, həmçinin böyük və kiçikliyinə görə 1-4 manat arasında dəyişir. Aksiz ilə bağlı bahalaşma nəticəsində qiymətlərin 50 faiz artması ehtimalı var.
Millət vəkili Musa Quliyevin sözlərinə görə, bu içkilərə aksiz vergiləri tətbiq olunmalıdır ki, əlçatanlıq aşağı düşsün. Yəni, bu içkilərin üzərinə “18+” işarəsi yazılsın və 18 yaşına çatmayan uşaqlara satılması qadağan olunsun.
M.Quliyev hesab edir ki, ümumiyyətlə, bu məhsullar lisenziyalaşdırılmış mallar siyahısına daxil edilməlidir və onların reklamına qadağa qoyulmalıdır. Bundan başqa, məktəblərdə, təhsil müəssisələrinin yaxınlığındakı mağazalarda bunların satılmasına icazə verilməməlidir.
Xəbər verdiyimiz kimi, Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilir. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik olunur.
Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3 manat, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1 manat, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Oxu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)







.jpg)
