"Mənə inanan bütün insanların etimadını doğrultmağı bacaracağam"
"Hörmətli cənab Prezident. Mənə göstərdiyiniz yüksək etimada görə, Sizə dərin minnətdarlığımı bildirirəm. Mən bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm və inanıram ki, Sizin, cənab Prezident və bütün mənə inanan insanların etimadını doğrultmağı bacaracağam".
Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.
Mehriban Əliyeva bildirib: "Mənim fəaliyyətim haqqında dediyiniz sözlər, verdiyiniz qiymətlərə görə təşəkkürümü bildirirəm. Belə bir qiymətə layiq olmaq böyük bir şərəfdir. Sadaladığınız hər bir uğurun, hər bir nailiyyətin arxasında Sizin köməyiniz, dəstəyiniz durur. Keçmiş illər ərzində Sizin dövlətçilik ideyalarınız, vətənpərvərliyiniz, Azərbaycan dövlətinin maraqlarını sədaqətlə, iradə ilə, cəsarətlə qorumağınız, insanlarla, Azərbaycan xalqı ilə birliyiniz mənim və mənimlə çalışan bütün insanlar üçün bir nümunə idi, bizim fəaliyyətimizi istiqamətləndirən bir nümunə idi. Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçik də olsa öz töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə, hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində birgə olmalıdır".
Birinci vitse-prezident qeyd edib ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondu artıq 13 ildir öz fəaliyyətini humanizm prinsipləri əsasında qurub:
"Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik, infrastruktur layihələri icra edirik. Eyni zamanda biz heç zaman bu 13 il ərzində ayrı-ayrı insanların problemlərinə biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir və hesab edirəm ki, bu, bütün dövlət qurumlarında çalışan insanların əsas borcudur və vəzifəsidir".
Mehriban Əliyeva qeyd edib ki, gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır, əksinə, məhz bu mənəvi dəyərləri yüksək tutaraq ən yüksək qələbələri əldə etmək olar, ən böyük zirvələrə qalxmaq olar:
"Hörmətli cənab Prezident, hörmətli Təhlükəsizlik Şurasının üzvləri, sizi əmin edirəm ki, mən öz gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam, ölkəmizin və xalqımızın maraqlarını hər bir şeydən üstün tutacağam, Azərbaycana layiqli xidmət etməyə çalışacağam. Bir daha göstərdiyiniz etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm".
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur






















