Gəlir vergisi dəyişikilikləri: "Bu, biabırçılıqdır”
“Siz 200 manat maaşı təsəvvür edə bilirsiz? Şəxsən, mən təsəvvür edə bilmirəm. Bəlkə də belə bir məvacibi olsa-olsa həkimlər, tibb işçiləri ala bilər, çünki bildiyim qədər ən az maaş alan onlardır”
Bunu millət vəkili Elmira Axundova parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edərkən deyib.
Millət vəkili sosial sığorta ilə bağlı bəzi dəyişikiliklərə də münasibət bildirib: “Necə ola bilər ki, 200 manatadək maaş alanlardan yeniləndirilmiş sığorta haqları, filan tutulacaq, amma 8 min manat alanlardan tutulmayacaq? Belə bir şey olar? Özü də Azərbaycanda məgər 8 min manat maaş alan var? Bəlkə siz tanıyırsız belələrini?! Olsa da, 50-100 nəfər... Amma qəribədir ki, onlardan tutulmayacaq, amma 200 manat maaş alanlardan tutulacaq. İnanın mən hələ təsəvvürə edə bilmirəm ki, bu gün belə məvacib olsun. Bu, biabırçılıqdır”.
Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikyə görə, aylıq 8 000 manatadək olan əməkhaqları üzrə 0 faiz, 8 000 manatdan yuxarı olan əməkhaqları üzrə 14% gəlir vergisi ödəniləcəkdir.
Digər təklif olunana dəyişikliyə əsasən, 200 manatadək maaşdan 25 faiz sosial sığorta tutulacaq ki, bu 25 faizin 3 faizi sığortaolunanın gəlirindən, 22 faizi isə sığorta edən tərərfindən ödəniləcək (Elmira Axundovs buna etiraz edir).
200 manatdan yüksək maaş alanlar üzrə isə sosial sığorta haqqının 10 fazini sığortaolunan, 15 faizini isə sığortaedən ödəyəcək.
ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ AL!
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Neft-qaz sektoruna daxil olan malların ixracı 536 milyon dollar azalıb
-
-
1 saat əvvəl
Azərbaycan xaricdən əti daha baha alıb - İdxalın miqdarı azalıb, dəyəri isə artıb
-
1 saat əvvəl
Tanınmış supermarketlər şəbəkəsinin Ağcabədidə filialı açılıb
-
1 saat əvvəl
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı yaxın saatlarda ictimaiyyətə məlumat veriləcək
Mayın 20-nə olan hava proqnozu - 28° isti gözlənilir
"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Ən çox oxunanlar
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Azərbaycan neftinin son qiyməti
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
Xırdalanda 2-ci KFC açılacaq
Azərbaycan və Gürcüstan 26 maydan Bakı-Tbilisi-Bakı üzrə sərnişin qatarlarının bərpası barədə razılığa gəliblər
Azərbaycan futboluna böyük investisiya — “Sea Breeze Arena” layihəsinin əsası qoyulur






.jpg)
.jpg)







.jpg)







