Azərbaycandan şəkər və bitki yağı ixracı kəskin azalıb
2016-cı ildə Azərbaycana 1 mln. 599,6 min ton buğda idxal edilib ki, bu da 2015-ci ilin göstəricisindən 18,2% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $295 mln. 18,2 min (azalma 0,6%) təşkil edib.
Hesabat ilində Azərbaycana $152 mln. 756,4 min dəyərində (artım 22,7%) 365,2 min ton şəkər xammalı və şəkər (artım 25,3%), $124 mln. 642,3 min dəyərində (artım 77,3%) 138,4 min ton bitki yağı (artım 20,1%), $44 mln. 734,3 min dəyərində (artım 2,7 dəfə) 12 min 609,5 ton çay (artım 69%), $48 mln. 383,9 min dəyərində (artım 2,2 dəfə) 14 min 365,1 ton kərə yağı və süd (artım 4,1%) idxal edilib.
2016-cı ildə respublikaya $63 mln. 573,8 min dəyərində (artım 90,9%) 72 min 165,4 ton meyvə (artım 24,7%), $18 mln. 271,9 min dəyərində (artım 3 dəfə) 45 min 913,5 ton tərəvəz (artım 80,1%), $33 mln. 789,2 min dəyərində (artım 3 dəfə) 183 min ton kartof (artım 46,7%) idxal edilib.
Hesabat ilində ölkədən $113 mln. 195,4 min dəyərində (artım 60,1%) 124,5 min ton tərəvəz (artım 49,5%), $243 mln. 434,9 min dəyərində (artım 10,6%) 214,3 min ton meyvə (artım 23,9%), $15 mln. 789,1 min dəyərində (azalma 24,6%) 38 min 229,4 ton kartof (artım 4,1%), $6 mln. 178,8 min dəyərində (azalma 68,3%) 1 min 137,7 ton çay (azalma 73,5%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $62 mln. 30 min dəyərində (azalma 70,8%) 108,4 min ton şəkər (azalma 50,9%), $10 mln. 711,2 min dəyərində (azalma 80,8%) 10 min 253,6 ton bitki yağı (azalma 56,3%) ixrac edilib.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
1 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 13 d. əvvəl
- 15 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























