"Bank of Baku" memorandum imzaladı
(®) Öz fəaliyyət sahəsində gətirdiyi yenilikləri ilə daim öndə olan "Bank of Baku" "STEP IT Academy" ilə birgə əməkdaşlığa dair memorandum imzalayıb.
"Bank of Baku"nun İdarə Heyətinin Sədri Eldar Həmidov və "STEP IT Academy"nin direktoru Aleksey Sleptsov tərəfindən imzalanan memoranduma əsasən akademiyanın istedadlı məzunlarına Bank of Baku-nun peşəkar iş mühitində çalışmaqla öz bilik və bacarıqlarını artırmaları üçün imkan yaradılacaq və bank sektorundakı yenilikçi layihələrin işlənib hazırlanmasında onların birbaşa iştirakı təmin olunacaqdır.
Qarşılıqlı əməkdaşlıq nəticəsində, həmçinin bankın işçiləri də Akademiyanın kurslarından faydalana biləcəklər.
Qeyd edək ki, "Step IT Academy", 3 əsas - kompüter qrafikası və dizayn, proqramlaşdırma, şəbəkələr və kibertəhlükəsizlik istiqamətləri üzrə mütəxəssislər hazırlayan beynəlxalq təhsil müəssisəsidir.
Xüsusilə vurğulamaq lazımdır ki, Bank of Baku və Step IT Academy arasında başlanan əməkdaşlıq çərçivəsində bu sahədə maraqlı olan şəxslər üçün müxtəlif seminar və görüşlərin təşkili də nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)












