Uyğun qiymətə mənzil tikintisinə necə nail olmaq mümkündür?
“Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ölkə əhalisinin mənzilə sahib olmaq imkanlarının artırılmasına, iqtisadi canlanmaya və yeni iş yerlərinin açılmasına səbəb olacaq, o cümlədən ipoteka bazarının inkişafına şərait yaradacaq.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin eksperti Namiq Seyidovla müsahibə.
-Sizcə, tikinti şirkətləri ucuz mənzillərin inşasına, eləcə də tikinti xərclərinin azaldılmasına hansı real vasitələrlə nail ola bilərlər?
-Təbii ki, bu sahədə çalışan şirkətlərə ilk növbədə güzəştli vergi şərtləri tətbiq olunmalı, qeyri-qanuni ödənişlərə yol verilməməlidir.
Uyğun qiymətə mənzil tikintisində əsas amillərdən biri də inşaat materiallarının qiymətidir. Belə ki, xaricdən idxal olunan tikinti materialı və avadanlıqlar valyuta ilə alındığından, bu, çəkilən xərclərə ciddi təsir edir, mənzillər baha başa gəlir.
Əgər tikinti şirkəti həm də inşaat materiallarının istehsalçısıdırsa, materiallar ona demək olar ki, maya dəyərinə başa gələcək, bununla da tikintiyə çəkilən xərclər xeyli azalacaq.
Qeyd etmək istəyirəm ki, burada əsas hədəf tikiləcək mənzillərin gənc ailələrin, aztəminatlı insanların gəlirlərinə uyğun olmasıdır. Yəni mənzil alınmasına çəkilən xərcin ailə büdcəsinin 40-50 faizindən çox olmayacağını düşünürəm. Həmin binalarda mənzil alan bu kateqoriyalı şəxslərə həm də dövlət tərəfindən müəyyən güzəştlər ediləcək. Ola bilsin ki, güzəştlər uzunmüddətli, kiçik faizli ipoteka formasında olsun.
- Beynəlxalq təcrübədə bu məsələlər necə həll olunur?
- Beynəlxalq təcrübədə mənzil xərclərinin azaldılması və əhalinin standartlara cavab verən mənzillərə ehtiyacının ödənilməsi sahəsində mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin çəkilməsi ilə bağlı dövlət dəstəyi mexanizmlərinin tətbiq edilməsi əsas şərtlərdən biridir. Bu sahədə Almaniya təcrübəsi daha çox diqqət çəkir. Orada bina tikintisinə cavabdeh qurum bələdiyyədir. Tikinti şirkəti, yaxud hüquqi və ya fiziki şəxs bələdiyyəyə müraciət edərsə, ilk növbədə ərazinin kommunikasiya vəziyyəti yoxlanılır. Ərazidə kommunikasiya xətlərini qoşmağa şərait varsa, bina tikintisinə icazə verilir. Tikinti başlamazdan əvvəl bələdiyyə tərəfindən inşaat meydançasına işıq, su və qaz xətləri çəkilir. Bina təhvil verildikdən sonra sifarişçi heç bir əziyyət çəkmir. Sakinlər isə kommunal xərcləri sonradan bələdiyyəyə ödəyirlər.
Təəssüf ki, respublikamızda tikinti təşkilatları tərəfindən binaların qazlaşdırılmadan istifadəyə verilməsi hallarına hələ də rast gəlinir.
- Uyğun qiymətə mənzil tikintisinə yerli və xarici investorların cəlb olunması nəzərdə tutulur. Xarici şirkət və investorların bu sahədə rolunu necə təsəvvür edirsiniz?
- Fikrimcə, xarici şirkətlərin və investorların Azərbaycanda bu istiqamətdəki fəaliyyəti yardımçı xarakter daşıya bilər. Xarici şirkəti Azərbaycan iqtisadiyyatının hər hansı bir sahəsində layihəyə cəlb etməklə, onun əldə etdiyi qazancın, məsələn, 10-15 faizi mənzil tikintisinə yatırmaq olar. Yəni şirkət bu layihəyə cəlb etdiyi yerli işçiləri uyğun qiymətə mənzillə təmin edə bilər.
Əlbəttə, hər hansı şirkət investisiya yatırırsa, onun bəhrəsini görməlidir. Odur ki, uyğun qiymətə mənzil tikintisində başlıca olaraq, yerli şirkətlərin qüvvəsindən istifadə etməliyik.
Ümumilikdə, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu layihə aztəminatlı insanların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, tikinti sektorunun inkişaf dinamikasının davamlılığını təmin edəcək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
4 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
4 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
12 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb


















.jpg)




