“Nar”-ın “Yerlim” tarifini seçənlərin sayı artmaqdadır
(®) “Nar”-ın “Yerlim” tarifinə qoşulanların sayı son 1 il ərzində 43 % artıb. Xüsusi olaraq bölgələr üçün nəzərdə tutulan “Yerlim” tarifinə qoşulanların daim artması bu tarifin bölgə sakinləri üçün sərfəli olması ilə əlaqədardır. Bölgələrdə yaşayan abunəçilər bu tarifə qoşulmaqla dəqiqəsi 1 qəpikdən zəng edə bilirlər.
Mobil operatorlar arasında paytaxtla yanaşı, ölkənin regionlarına göstərdiyi diqqətilə seçilən “Nar” yeni istifadəyə verdiyi baza stansiyaları sayəsində öz bölgə tarifinin istifadəçilərinin sayını əhəmiyyətli dərəcədə artırmağa nail olub. 4G və 3G baza stansiyalarının sayını sürətlə artıran “Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir.
Mobil operator 2018-ci il ərzində bölgələrdə 330-dan şox yeni baza stansiya qurub. Qurulan yeni stansiyalarının 230-a yaxın 4G, 100-dən çoxu isə 3G baza stansiyasıdır. Ümumilikdə “Nar” 2018-ci ildə ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində yüksək sürətli 4G texnologiyasının tətbiqinə nail olub.
“Yerlim” tarifi haqqında ətraflı məlumatı https://www.nar.az/yerlim internet səhifəsindən öyrənmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























