91 sm hündürlükdə qar yağıb
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində fevralın 16-sı gündüzdən 17-si səhərədək qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, qar yağıb, bəzi yerlərdə intensiv olub". ETSN-in mətbuat xidmətindən verilən xəbərə görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-11, Lənkəran-Astara zonasında 3-35, Kiçik Qafqazda 2-9, Böyük Qafqazda 3-17, Mərkəzi-Aran rayonlarında 1-13, Qazax-Gəncə zonasında 1-7 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında: Bakıda 24, Maştağada 9, Zabratda 5, Qumyataqda 3, Ələt, Sumqayıtda 2, Pirallahıda 1, Binədə 0.4, Lənkəran-Astara zonasında: Rvarudda 91, Lerikdə 70, Kəlvəzdə 36, Yardımlıda 33, Lənkəranda 25, Göytəpədə 23, Astarada 20, Kiçik Qafqazda: Göygöldə 18, Daşkəsəndə 15, Gədəbəydə 7, Böyük Qafqazda: Sarıbaşda (Qax) 59, Altıağacda 40, Kişçayda (Şəki) 28, Xaltan, Qusar, Qəbələdə 25, Qubada 22, Şamaxıda 20, Şabran, Qırız, İsmayıllıda 19, Şəkidə 16, Xaçmaz, Oğuzda 10, Mərəzədə 6, Xınalıqda 5, Naxçıvan MR-da: Ağdərədə 63, Şahbuzda 37, Naxçıvanda 31, Şərurda 20, Ordubadda 2, Mərkəzi-Aran rayonlarında: Ağsuda 15, Bərdədə 13, Göyçay, Yevlaxda 9, Beyləqanda 8, Qazıməmməd, Zərdab, İmişlidə 6, Biləsuvarda 4, Neftçalada 3, Salyanda 1, Kürdəmirdə 0.8, Qazax-Gəncə zonasında: Tərtərdə 15, Ağdamda 6, Gəncədə 5, Ağstafada 3, Tovuz, Naftalanda 2, Şəmkirdə 1 sm olub.
Havanın minimal temperaturu fevralın 16-da Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Aran rayonlarında 1-4, dağlıq rayonlarda və Naxçıvan MR-da 10-17 dərəcə şaxta təşkil edib.
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
20 d. əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
35 d. əvvəl
Azerconnect Group NVIDIA-nın süni intellektlə bağlı tədbirində iştirak edib
-
53 d. əvvəl
16 min investor "PAŞA Bank"ın səhmdarı olmaq üçün müraciət edib - SON 3 GÜN
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Yaponiya vətəndaşları üçün vizasız rejim tətbiq edəcək - Yenilənib
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
Türkiyənin ən dəyərli 5 brendi açıqlanıb
Ən çox oxunanlar
Orta aylıq əməkhaqqı 1172 manatı ötüb
Azərbaycanda qiymətlərin illik artım tempi sabit qalıb
Azərbaycanın xarici dövlət borcu azalıb
Dövlət büdcəsinin gəlirləri azalıb
Azərbaycanda iqtisadi artım dayanıb
Bakıda 33 dərəcə isti - İyunun 11-də gözlənilən hava şəraiti
ABŞ neftin qiyməti üzrə proqnozularını artırıb




















