Özbək bibər istehsalçıları xarici tərəfdaş axtarışındadır
2018-ci ilin oktyabr ayının ikinci yarısında Özbəkistanın paytaxtı Daşkənd şəhərində III Beynəlxalq meyvə və tərəvəz yarmarkası keçiriləcəkdir. Bu yarmarka ölkələrimizin biznes qrupları ilə əməkdaşlıq yollarının və həmçinin acı bibərin istehsalı məsələsinin müzakirəsi üçün əlverişli ola bilər. (Yarmarkanın dəqiq keçirilmə tarixi ilə bağlı ətraflı məlumat təqdim oluncaqdır).
Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyindən "Marja"ya daxil olan məlumata görə, son illərdə Özbəkistanda meyvə və tərəvəz məhsullarının çeşidlənməsi sahəsinə böyük diqqət ayrılır. Bu məqsədlə respublikada acı bibərin kütləvi yetişdirilməsinə başlanılmışdır. Cari ildə məhsulun istehsalının ümumi həcminin 180 min tona qaldırılması nəzərdə tutulmuşdur.
Bu gün özbək bibər istehsalçıları qarşılıqlı şəkildə faydalanmaq şərti ilə xarici partnyorlar ilə əməkdaşlıq imkanlarında maraqlıdırlar. Bu fəaliyyət çərçivəsində bibərin ixracının təmin edilməsi, eyni zamanda bu məhsulun emalı üçün istehsal gücünün yaradılması kimi məsələlər təklif olunur.
Yuxarıda göstərilənləri və Azərbaycanla qarşılıqlı ticari-iqtisadi və investisiya əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, özbək bibər istehsalçları ilə əməkdaşlıqda maraqlı olan şəxslərdən bu təklifi nəzərdən keçirmələri xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)




.jpg)
