SOCAR və IBM memorandum imzalayıb
Fevralın 15-də SOCAR-ın baş ofisində ABŞ-ın IBM şirkəti ilə Strateji Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilib.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və IBM şirkətinin baş vitse-prezidenti və “IBM-Avropa”nın sədri Erik Klementi imzalayıb. Memorandum çərçivəsində IBM-in qlobal innovasiyalarından istifadə, rəqəmsal innovasiya və transformasiyaya investisiya qoyuluşu, neft hasilatında süni intellekt əsasında “Watson” əməkdaşlığı, yüksək ixtisaslı kadrlar üçün yeni iş yerlərinin açılması, həmçinin Bakı Ali Neft Məktəbi ilə birgə təlim-tədris və təcrübə proqramlarının təşkili, elmi-tədqiqat və araşdırmaların aparılması nəzərdə tutulur.
Rövnəq Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yüksək texnologiyaların tətbiq olunması istiqamətində görülən işlərdən danışıb, “Azerspace-1” telekommunikasiya peykinin orbitə buraxılmasının bunun əyani təzahürü olduğunu söyləyib. Azərbaycanda həyata keçirilən qlobal və regional əhəmiyyətli enerji layihələrində daim innovativ texnologiyalara üstünlük verildiyini, neftin, qazın kəşfiyyat, hasilat, emal və nəqlində elm və texnikanın ən son nailiyyətlərinin tətbiq olunduğunu bildirən Rövnəq Abdullayev bu sahədə SOCAR-la dünyanın qabaqcıl şirkətləri arasında effektiv tərəfdaşlığın qurulduğunu qeyd edib.
IBM-lə əsası qoyulan əməkdaşlığı yüksək qiymətləndirən R.Abdullayev deyib ki, bu əməkdaşlıqdan təkcə SOCAR deyil, Azərbaycanın bütün şirkətləri bəhrələnə biləcək. Memorandum SOCAR-a süni intellekt əsasında çalışan “Watson for Upstream” qlobal strateji inkişaf əməkdaşlığına qoşulmaq imkanı verir. Müasir dövrdə mühüm əhəmiyyətə malik olan bu strateji inkişaf sahəsi elmi-tədqiqat layihələri də daxil olmaqla birgə araşdırmalar üçün geniş üfüqlər açır.
Qeyd olunub ki, Azərbaycan bütün dünyada qədim neft diyarı kimi tanınır. Neftin sənaye üsulu ilə hasil olunması, emal edilməsi, tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə daşınması, quruda, sahildə və açıq dənizdə neftin çıxarılması işinə Azərbaycanda başlanılıb. Bu tarixi qorumaq və yaşatmaq məqsədilə SOCAR-da yaradılmış zəngin məlumatlar bazası IBM-in “Watson Mərkəzi” üçün qiymətli mənbə ola bilər. Eyni zamanda Memorandum çərçivəsində Azərbaycanda həyata keçiriləcək investisiya layihələri ölkədə innovativ elitanın formalaşmasına töhfə olacaq, istedadlı gənclərə IBM-in bütün müasir alət və metodlarından istifadə etməklə səriştə və istehsalat bacarıqlarını təkmilləşdirmək, dünyada müasir trend olan biznes və proses xidmətlərinin robotlaşdırılması ilə yaxından tanış olmaq, təcrübə mübadilələri və beynəlxalq səviyyəli karyera perspektivlərindən yararlanmaq üçün əlverişli şərait yaradacaq. Bakıda birgə səylərlə yaradılması nəzərdə tutulan Regional Neft-Qaz-Kimya Kompetensiya Mərkəzi layihəsi də qeyd olunub, bildirilib ki, IBM-lə birlikdə qurulacaq Mərkəz Azərbaycanın neft-kimya sənayesində proseslərin idarə olunması, innovativ texnologiyaların tətbiqi sahəsində mühəndis biliklərinin artırılması üçün mühüm əhəmiyyət kəsb edir.
IBM şirkətinin baş vitse-prezidenti və “IBM-Avropa”nın sədri Erik Klementi Memorandumdan bəhs edərək bildirib ki, dünyanın qabaqcıl enerji şirkətləri ilə səmərəli qarşılıqlı tərəfdaşlıq əlaqələri qurmuş IBM-in bu gün Azərbaycan iqtisadiyyatının aparıcı şirkəti olan SOCAR-la əməkdaşlığa başlaması əlamətdar hadisədir. SOCAR-IBM tərəfdaşlığı dünya enerji sənayesinin gələcək inkişafına xidmət edəcək və Azərbaycanda həyata keçirilən regional və qlobal miqyaslı layihələrin irəliləməsinə əlavə stimul verəcək. E.Klementi imzalanan sənəd çərçivəsində hər il Bakıda innovasiya günü keçiriləcəyini və biznesdə tətbiq edilən ən son innovasiyaların təqdim olunacağını qeyd edib, IBM-in yalnız strateji tərəfdaş hesab etdiyi ölkələrə sərmayələr yatırdığını vurğulayıb. Qonaq bu gün uzunmüddətli əməkdaşlıq sahəsində ilk addım atıldığını söyləyib, yeni tərəfdaşlığın uğur qazanacağına əminliyini bildirib, SOCAR-IBM komandasına uğurlar arzulayıb.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 1 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 6 saat əvvəl
-
7 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Ən çox oxunanlar
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb





















