Trampa "vergidən yayınma" ittihamı
"New York Times" (NYT) qəzeti, Prezident Donald Trampın 1990-cı ildə müəmmalı vergi strategiyalarına qarışdığını və ailəsinin milyonlarla dollar vergidən yayınmasına kömək etdiyini yazıb.
"Marja" xəbər verir ki, NYT, dərc etdiyi araşdırma ilə Trampın ailəsinin milyonlarla dollar vergini yayındırmasına kömək etdiyini iddia edib.
Araşdırma çərçivəsində NYT, Trampın atası Fred Trampın keçmiş müşavirləri və işçiləri ilə müsahibələr aparıb. Həmçinin NYT, bank hesabları, maliyyə nəzarət və hesabları da daxil Tramp ailəsinə məxsus yüz min səhifədən artıq sənədi ilə tanış olub.
Araşdırmalar nəticəsində, Donald Trampın atasının milyonlarla dollar qanunsuz vergi güzəşti almasına kömək etdiyi üzə çıxıb.
550 MİLYON DOLLAR VERGİDƏN YALNIZ 52,2 MİLYON DOLLARI ÖDƏNİB
Xəbərdə, Trampın atasından qalmış miras əmlaklara görə vergi ödəməmək üçün qardaşları ilə saxta bir şirkət qurduğu və beləliklə də milyonlarla dolları gizlətdikləri iddia edilib.
Ata Trampın uşaqlarına 1 milyard dollardan çox miras qoyduğu və bunun üçün ödənilməsi lazım olan vergi miqdarının 550 milyon dollar olduğu bildirilən xəbərdə, buna baxmayaraq Tramp qardaşlarının bu məbləğin yalnız 52,2 milyon dollarını ödədiyi bildirilib.
NYT, Donald Trampın atasının atasından qalan əmlakların dəyərini aşağı göstərərək özü və qardaşlarının daha az vergi ödədiyini iddia edib.
ABŞ Vergi İdarəsinin isə həmin strategiyalara çox az reaksiya verdiyi qeyd olunub.
Prezident Trampın uşaqlığından bəri ailə mirasından 413 milyon dollar dəyərində pay aldığı qeyd olunub. Ancaq Tramp, prezidentlik kampaniyası müddətində öz şirkətini özü yaratdığını və ailəsindən çox az pul aldığını bildirmişdi.
TRUMPIN VƏKİLİ VƏ QARDAŞI TƏKZİB EDİR
Tramp, NYT-nin suallarına cavab verməyib. Vəkili Çarlz Harder qəzetə verdiyi yazılı açıqlamada, vergidən yayınma iddialarını rədd edərək, "Tramp, ailəsinin istifadə etdiyi vergi strategiyalarına heç qarışmayıb" deyib.
Donald Trampın qardaşı Robert Tramp da etdiyi açıqlamada, atasının və anasının vəfatının ardından bütün vergilərin ödəndiyini bildirib.
Trump, 2016-da apardığı seçki kampaniyası prosesində vergi bəyannamələrini verməyi rədd etmişdi. O buna görə tənqid edilirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)







.jpg)








