Azərbaycanda qənd və şəkər tozu istehsalı tənəzzüldədir
Azərbaycanda qənd və şəkər tozu istehsalı tənəzzüldədir.
“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-avqust dövründə 106,9 min ton qənd və şəkər tozu istehsal edilmişdir. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 35,7 faiz azdır. 2017-ci ilin yanvar-avqust dövründə 166,3 min ton şəkər tozu istehsal edilmişdi.
Qeyd edək ki, ötən ilin yanvar - avqust dövründə bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə qənd və şəkər tozu istehsalı 40,3 faiz azalmışdı. Belə ki, 2016-cı ilin 8 ayı ərzində 278,4 min ton qənd və şəkər tozu istehsal edilmişdi.
2016-cı ilin 8 ayı ilə müqayisədə cari ilin 8 ayında istehsal edilmiş qənd və şəkər tozu 2,6 dəfə azdır.
Daxili istehsalın azalması ilə bərabər idxalın da azalması təəccüblüdür. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin 8 ayı ərzində Azərbaycana 54 milyon 477 min dollar dəyərində 148 min 852 ton şəkər idxal olunub. 2017-ci ilin 8 ayı ərzində 109 milyon 394 min dollar dəyərində 233 min 135 ton şəkər idxal olunmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)









.jpg)







