"Dolların 1,7 və ya 2 manat olması önəmli deyil, əsas sabitliyidir”
"Dollarla manatın münasibətləri yaxın perspektivdə hazırda müşahidə olunan trend üzrə davam edəcək". Bunu "Unibank" ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib.
"Son 1-2 il ərzində istər reytinq agentliklərinin, istər nüfuzlu maliyyə təşkilatlarının, istərsə də digər qurumların məzənnə ilə bağlı proqnozları özünü doğrultmayıb. Hesab edirəm ki, dollarla manat müəyyən sərhəd çərçivəsində hazırda müşahidə olunan trend üzrə münasibətlərini quracaq", - deyə bankir qeyd edib.
F. Hüseynov qeyd edib ki, indiki vəziyyətdə bazara dolların sabitliyi lazımdır: "Dolların 1,7 və ya 2 manat olması önəmli deyil. Əsas məsələ dolların stabilliyidir. Bu, xüsusilə biznes üçün zəruridir. Biznes sabitliyi sevir. Dəhliz bəlli olmalıdır ki, investisiya qoyan şəxs də əmin olsun. Mənim şəxsi fikrim budur ki, gələcəkdə idxalın ticarət dövriyyəmizdə payı yüksək olaraq qalacaq. Başqa sözlə, dollar və avronun məzənnəsinin sabitliyi bizim üçün önəmlidir. Bir daha təkrar edirəm ki, dolların məzənnəsi konkret dəhliz çərçivəsində formaslaşmalıdır".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
35 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
36 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
57 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib





.jpg)








.jpg)









