“Mentor Talks”un spiker və mövzuları elan olundu
(©) Artıq ikinci dəfə təşkil edilən “Mentor Talks” tədbiri oktyabr ayının 14-ü “Park Inn” hotelində keçiriləcək.
“Mentor Talks” tədbirinin bu dəfəki mövzusu “Biznes & Təşəbbüskarlıqdır”. Şüarı “Daxili potensialını kəşf et!” olan tədbirin məqsədi Azərbaycanda biznes və Təşəbbüskarlığın inkişafının bir parçası olmaq, insanlara ilham verməkdir.
14:00-dan 18:00-a qədər davam edəcək tədbirdə 7 spiker çıxış edəcək:
Zeynep Dereli: "Gələcəyin fərdi"
Əfsun Qurbanov: "BƏD 3"
Sərvər Qurbanov: "Sahibkarlıq üçün 1200 saniyəlik beyin fırtınası"
Sakit Səmədov: "Biznesdə yüz ölçüb bir idarə etmək"
Reyhan Camalova: "Təşəbbüskarlığın yaşı varmı?"
Zaur Darabzadə: "Biznesin pərdə arxası"
Tural Bədirxanlı: "Qlobal bazar üçün vizion necə olmalıdır?"
#Mentor Talks, öyrədici və ilham verən çıxışları olan bir tədbirdir. Missiyası insanların həyatına dəyər qatan ideya və məlumatları paylaşaraq onları davamlı inkişafa sövq etməkdir.
İştirakçılar tədbirdə, texnologiya, təhsil, marketinq və biznesin digər sahələrində təşəbbüskarlığı olan xarici və yerli spikerlərdən mövzuyla bağlı qloballaşan dünyanın və yerli bazarın tələblərinə uyğun məlumatlar, davamlı inkişafa meyilli insanlarla “networking” və ianəli bilet alaraq tədbirin sosial tərəfi olan autizm sindromundan əziyyət çəkən uşaqların ailələrinə dəstək olma imkanı əldə edəcəklər.
Tədbirdə iştirak etmək istəyənlər təklif olunan Standart (35 AZN) və İanəli (45 AZN) biletlərdən birini seçə bilərlər.
İanəli biletin standart biletdən fərqi ondadır ki, həmin bilet məbləğinin 10 AZN’i ilə autizm sindromundan əziyyət çəkən uşaqlara dəstək olunacaq.
Tədbirin sosial məqsədi isə şirkətlərin və fərdlərin autizmə qarşı diqqətini artırmaq, sosial məsuliyyət zehniyyətli bizneslərin qurulması və artmasına diqqət çəkməkdir.
Məlumat üçün qeyd edək ki, tədbirin biletləri artıq satışdadır. İştirakçılar sentyabrın 20-nə qədər Standart bileti 29 AZN-ə əldə edə biləcəklər.
Biletləri əldə etmək üçün:
www.mentor.az saytından qeydiyyatdan keçə, Mentor Talks’un Facebook səhifəsi ilə (https://www.facebook.com/mentor.az/) və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:
Mob: (070) 296 64 66
Yerinizi rezerv etməyə tələsin! İndi sifariş edin!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
8 d. əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
18 d. əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 43 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ən çox oxunanlar
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Bank marketinq agentliyi xidmətləri satın alır
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
















.jpg)


.jpg)


