Kolleclərə qəbul yeni qaydalar əsasında keçiriləcək
Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə-kolleclərə qəbul yeni qaydalar əsasında həyata keçiriləcək.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, bu yeniliklər yalnız 9 illik bazada təhsil alan şagirdlərə şamil olunacaq. O deyib ki, buraxılış imtahanlarının nəticələri məzunlara imkan verəcək ki, IX sinif bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd versinlər: “Təbii ki, bunlar kolleclərə qəbul olmaq üçün yeni qaydalar və normativ sənədlərdir. Bunun üzərində işləmişik. Sadəcə attestasiyaya aid olan normativ hüququ sənəd qəbul olunmalı idi ki, bu attestasiyanın əsasında hansı texnikumlara qəbulun necə aparılmasına dair sənəd hazırlansın. Gələn həftə bu sənədi müvafiq qurumlara təqdim edəcəyik. Bu məsələ Təhsil Nazirliyi ilə müzakirə olunub. Orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları Nazirlər Kabinetinə təqdim olunacaq”.
M. Abbaszadə əlavə edib ki, bu il də IX sinif bazasından kolleclərə qəbul olmaq istəyənlər üçün buraxılış imtahanında toplanılan bal onun üçün müsabiqə balı hesab ediləcək: “IX sinif buraxılış imtahanlarında iştirak etməyən şagirdlər aldıqları arayışla yalnız 9 il məktəbə gedib-gəldiklərini sübut edə biləcəklər. Amma bu arayış onların müvafiq dövlət standartlarına uyğun olaraq 9 illik proqramı mənimsəməsini təsdiq etməyəcək. IX sinif şagirdləri attestat almaq üçün mütləq buraxılış imtahanında iştirak etməlidirlər. Amma attestatdakı yeniliklər XI sinif şagirdlərinə aid edilməyəcək. Belə ki, XI siniflər növbəti 2 il ərzində köhnə qayda ilə attestat alacaqlar".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























