"Amazon"dan "Mercedes"ə 20 min ədədlik sifariş
ABŞ-da istehsal xətti açan "Mercedes", fəaliyyətə başladığı ilk gün "Amazon"dan 20 min ədəd sifariş alıb.
"Mercedes-Benz"in ana şirkəti "Daimler AG", ABŞ-da 500 milyon dollar xərcləyərək yüngül kommersiya avtomobili "Mercedes-Benz Sprinter" üçün yeni istehsal xətti açıb.
Almaniya şirkəti, ilk gündə ABŞ-ın elektron-ticarət nəhəngi "Amazon"dan 20 min ədəd "Mercedes-Benz Sprinter" sifarişi alıb.
"Marja" "Daimler AG"dən verilən açıqlamaya istinadən xəbər verir ki, "Mercedes-Benz"in kommersiya avtomobilləri üçün Şimali Amerika ikinci ən böyük bazardır.
"Daimler AG"nin bu həmləsinin, ABŞ Prezidenti Donald Trampın Avropadan idxal edilən avtomobillərə 25 faiz əlavə vergi təhdidindən sonra reallaşması diqqəti cəlb edir.
Digər tərəfdən, "Amazon.com" şirkətindən verilən açıqlamada da "Daimler AG"yə 20 min ədəd "Mercedes-Benz Sprinter" modeli sifarişi verildiyi bildirilib.
Yeni sifarişlə "Amazon", "Fedex Corp", TNT və ABŞ Poçt Xidməti kimi şirkətlərə olan bağlılığını azaldaraq, öz paylama şəbəkəsini qurmağı hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
8 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
14 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























