Peso Dollar qarşısında 108% ucuzlaşdı
İqtisadi çətinliklərlə mübarizə aparan Argentinada hökumətin etibarı yenidən təsis etmək səylərinə baxmayaraq pul vahidi Peso dəyərdən düşməkdə davam edir.
"Marja" xəbər verir ki, Mərkəzi Bank Apreldən bu yana 5-ci dəfə faiz artıraraq Peso-nun ucuzlaşmasının qarşısını almağa çalışsa da, Latın Amerikasının ən böyük üçüncü iqtisadiyyatında pisləşən qavrayış səbəbilə faiz artımlarının valyuta üzərində təsiri çox çox hiss edilmir.
Argentina Mərkəzi Bank inflyasiyanın daha çox arta biləcəyi riski və pesonun ucuzlaşması səbəbindən dünən faizi 45%-dən 60% qaldırdı.
Peso dünən 13%-dən çox ucuzlaşıb. İlin əvvəlindən bu yana isə pul vahidi dollar qarşısında 108% çox dəyər itirib.
Beynəlxalq Valyuta Fondun (BVF), Argentinana ilə iyun ayında razılığa gəldikləri 50 milyard dollarlıq borcun vaxtından verilməsi tələbinə müsbət cavab vermişdi.
Argentina ilə yanaşı bir çox inkişaf edən ölkə bazarı da Fed-in faiz artırması ilə dolların güclənməsindən mənfi təsir görür.
Argentina xalqının böyük hissəsi, BVF-nin maliyyə siyasətlərinin 2001-dəki iqtisadi böhranı artırdığını düşünür. Argentina Prezidenti Mauricio Macri, bir televiziya kanalında dünən verdiyi bəyanatda, "Bu cür təlatümlü halların narahatlığa səbəb olduğunu bilirəm, ancaq bilməlisiniz ki, verdiyim qərarlar ölkəni qorumaq üçün lazım" - ifadəsini istifadə edib.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
11 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"




























