Kakaoda virus həyəcanı - BÖHRAN YAŞANA BİLƏR
Qlobal kakao istehsalının 60%-ni həyata keçirən Qana və Fil Dişi Sahili, Qərbi Afrikada yalnız kakao ağaclarında görülən və kakao plantasiyalarını məhv edən bir virusa qarşı hərəkət keçiblər.
İki ölkə virusla mübarizədə əməkdaşlıq edəcək.
"Marja" "Euronews"a istinadən xəbər verir ki, şokolad sənayesinin əsas maddəsi olan və "qəhvəyi qızıl" kimi səciyyələndirilən kakaoda rast gəlinən viruslar səbəbilə sadəcə Fil Dişi Sahilində 300 min hektar kakao sahəsinin zərər gördüyü açıqlanıb.
İlk olaraq Fil Dişi Sahilində əkilmiş sahələrin 15%-nə qarşılıq gələn 100 min ha sahədə yerləşən kakao ağaclarının kökündən çıxarılması planlaşdırılır.
Kakao ağacı (theobroma cacao) tropik zonalara xas bir bitki kimi tanınır.
Yalnız rütubətli, nizamlı yağışa malik iqlimlərdə bitən bu bitki, ekvadorun 10 dərəcə şimalı ilə 10 dərəcə cənubu arasındakı dar bir zolaqda məhsul verir.
KAKAO BÖHRANI YAŞANA BİLƏR
Xəstəliklə mübarizə üçün Afrika İnkişaf Bankından 515 milyon avronun üzərində maddi dəstək alan iki ölkənin mübarizəsinin uzun illər davam edəcəyi və sektorda mümkün kakao böhranının yaşanacağı ehtimal edilir.
Sözügedən böhrandan dünyada ən böyük şokolad bazarı olan və bu məhsulların təxminən 20%-ni sərf edən Amerika Birləşmiş Ştatlarının ciddi şəkildə əziyyət çəkməsi gözlənilir.
Braziliyanın şimal-şərqində yayılmağa başlayan bir epidemiya səbəbilə 1991-ci ildə 320 min ton olan istehsalın 2000-də 191 min tona düşmüşdü.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























