Azərbaycanda Yol polisinin avtomobilləri dəyişir
Baş Dövlət Yol Polisi İdarəsi Bakıya 70 ədəd son model "Mercedes" markalı avtomobil gətirib.
Bu maşınlar Bakı şəhərində xidmət aparan yol polislərinə veriləcək. Hazırda Bakıda istifadə olunan BMW və KİA-lar isə regionlara göndəriləcək. Regionlarda istismar müddəti bitmiş avtomobillər isə satışa çıxarılacaq.
Yol polisində bu məlumatı təsdiqləyərək bildiriblər ki, yeni avtomobillərdə cərimələrin yerində ödənilməsi üçün posterminallar, və elektron məlkmatlar bazarı olan kompüterlər yerləşdiriləcək. Bundan başqa, həmin maşınlarda radar ə video nəzarət kameraları yerləşdiriləcək.
Qeyd edək ki, yol polisində 2017-ci il istehsal olan bir neçə "Mercedes AMG C43" avtomobilləri də istifadə olunacaq. Mercedes AMG C43-in mühərrikinin həcmi 3 litr, qüvvəsi 362 at gücündədir. Bu maşınlar 7 pilləli avtomat sürət qutusu ilə təmin ediliblər. Maşınlar 100 kilometr sürəti 4,6 saniyəyə yığır, hər 100 kilometr məsafəyə yanacaq sərfi isə 11 litrdir. Maşının maksimal sürəti saatda 250 kilometrdir.
Bununla da Azərbaycan Mercedes AMG C43 avtomobillərinin yol polisində istifadə olunduğu 2-ci ölkə olacaq. Bundan əvvəl həmin maşınlardan Avstriya polisləri istifadə etməyə başlayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov bu barədə məlumatsız olduğunu bildirib.
Hazırda Mercedes AMG C43-nin eyni göstəricilərə malik olan 2018-ci il modeli baza modifikasiya ilə 53 400 dollara satılır.
Maraqlıdır ki, bu avtomobillərin alınması ilə bağlı müqavilə dvlət satınalmaları üzrə müqavilələrin reyestrində əksini tapmayıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© FED, Avtosfer, 1news
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)



