Yapon avtomobil nəhənglərindən etiraf
Yaponiyanın informasiya agentliyi "Kyodo"nun xəbərinə görə, Nissan və Subaru-nun ardınca avtomobil nəhəngləri Suzuki, Mazda və Yamaha da avtomobillərin emissiya və yanacaq sərfiyyatı testlərinin uyğun olmayan şəraitdə keçirildiyini etiraf ediblər.
"Marja" xəbər verir ki, hər 3 şirkətin rəsmiləri də Nissan və Subaru-nun etdiyi kimi, testlərdə hiylə və ya sənədlərdə dəyişiklik edilmədiyini, ancaq testlərin olması lazım olan şəraitdə keçirilməməsi səbəbindən yalan nəticələr ortaya çıxdığını qeyd ediblər.
Avtomobillərin emissiya və yanacaq sərfiyyatı testlərinin Nəqliyyat Vasitələri Məcəlləsində nəzərdə tutulduğundan aşağı sürətlərdə həyata keçirildiyi üçün daha az emissiya və yanacaq dəyərlərinin ortaya çıxdığı qeyd edilib.
Suzuki, 2012-ci ilin İyunundan ötən aya qədər istehsal olunan 13 min avtomobilin bu formada test edildiyini bildirib.
Nəqliyyat Nazirliyi isə 20 avtomobil istehsalçısından aldığı nümunə vasitələrdə apardığı araşdırmalarla bağlı hesabatını yayıb. Təhlil olunan avtomobillər arasında Mazda-nın istehsal etdiyi 1875 maşının 4%-nin, Yamaha-ya məxsus 335 avtomobilin isə 2%-nin uyğun şəraitdə test olmamasının aşkar edildiyi bildirib.
Daha əvvəl Nissan və sonra Subaru şirkətləri, Yaponiyadakı zavodlarında istehsal olunan avtomobillərin emissiya sınaqlarında qanunsuzluq edildiyini etiraf etmişdi.
Nissan ölkədəki 5 zavodunda avtomobillərin emissiyaları və ya kilometr performansları ilə bağlı göstəricilərdə dəyişiklik aparıldığının və ya testlərin uyğun olmayan şəraitdə keçirildiyinin müəyyən edildiyini açıqlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)






