Kiçik və orta biznes üçün razılaşma
Avqustun 8-də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
İmzalanma mərasimindən öncə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev çıxış edərək bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılması və biznes mühitinin inkişafına da töhfəsini verir. Gömrük orqanlarının fəaliyyətinin yeni fəlsəfəsi formalaşdırılır, sahibkarlıq subyektlərilə səmərəli dialoq qurulur, şəffaflıq təmin edilir, gömrük prosedurları sadələşdirilir və qanunvericilik ardıcıl olaraq təkmilləşdirilir.
Səfər Mehdiyev diqqətə çatdırıb ki, Dövlət Gömrük Komitəsi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Məqsəd sahibkar məmnunluğuna nail olunmaqla xidmətlərin təşkili, göstərilən xidmətlər haqqında sahibkarların maarifləndirilməsi, eləcə də gömrük qanunvericiliyinin icrası zamanı dövlət-özəl sektor əməkdaşlığı üzrə beynəlxalq təcrübənin öyrənilməsi, kiçik və orta biznesin ixrac potensialının artırılması məqsədilə qarşılıqlı fəaliyyətin təşkili və birgə layihələrin icra edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsini tənzimləməkdir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, bu tədbir dövlət xidmətlərinin effektivliyinin artırılması və bu xidmətlərdən kiçik və orta sahibkarlığın faydalanması baxımından dövlət qurumları arasında əməkdaşlığın vacibliyini bir daha nümayiş etdirir. Ötən illər ərzində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilən strateji xəttin ardıcıl olaraq reallaşdırılması və bu məqsədlə həyata keçirilən sistemli islahatlar nəticəsində sahibkarlığa yönəlik dövlət xidmətlərinin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. Hazırda bu tendensiya davam edir və yeni dövrün çağırışları, o cümlədən sahibkarlara göstərilən xidmətin operativlik, şəffaflıq, nəzakətlilik və məsuliyyət prinsipi əsasında həyata keçirilməsi birgə əməkdaşlığı şərtləndirir.
Orxan Məmmədov qeyd edib ki, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək üçün birgə səylər göstəriləcək, bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə yaxından əməkdaşlıq ediləcək. Əlamətdar haldır ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi əməkdaşlıq və qarşılıqlı fəaliyyət göstərilməsinə dair ilk memorandumu Dövlət Gömrük Komitəsi ilə imzalayır. Memorandum qarşılıqlı fəaliyyət istiqamətləri və formalarını, mexanizimləri özündə əks etdirməklə yanaşı, sahibkarların xarici iqtisadi fəaliyyətinin daha şəffaf şəkildə həyata keçirilməsinə zəmin yardacaq, kiçik və orta sahibkarlar vaxt itkisi ilə üzləşmədən daha keyfiyyətli xidmətlər əldə edəcəklər.
Sonra Anlaşma Memorandumu imzalanıb.
Sənədi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıb.
Daha sonra mərasimdə iştirak edən media nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, Anlaşma Memorandumunda səlahiyyətli iqtisadi operator (SİO) statusunun verilməsi sahəsində hüquqi şəxslərin maarifləndirilməsi, bu statusu almaq niyyəti olan şəxslərin namizəd kimi irəli sürülməsi və qanunvericilikdə müəyyən edilmiş şərtlərin və öhdəliklərin yerinə yetirilməsi üzrə birgə dəstəyin verilməsi; gömrük nəzarəti zonalarında və gömrük rəsmiləşdirilməsinin aparıldığı digər yerlərdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) idxal-ixrac əməliyyatları üzrə fəaliyyətinin təkmilləşdirilməsi, malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməsinə köməklik göstərilməsi, eləcə də gömrük orqanları ilə KOB-lar arasında əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsi, birgə tədbirlərin həyata keçirilməsi məqsədilə "KOB Evi - Gömrük və Logistika adaları"nın təsis olunması; KOB-ların "Yaşıl dəhliz" buraxılış sistemlərindən istifadə üzrə maarifləndirilməsi və SİO statusu almaq niyyətində olan sahibkarların bazasının yaradılması; malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin tətbiqi və "Yaşıl Dəhliz Xidməti"nin birgə təşkil edilməsi və s. məsələlər öz əksini tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
9 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
11 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı













.jpg)









