ABŞ, Çin məhsullarına gömrük vergisini 10%-dən 25%-ə qaldırdı
ABŞ rəhbərliyi təxminən 200 milyard dollar dəyərindəki Çin məhsullarına tətbiq ediləcək gömrük vergisi nisbətini 10%-dən 25%-ə qaldırdı.
"Marja" xəbər verir ki, ABŞ-ın Ticarət Nümayəndəsi Robert Lighthizer verdiyi açıqlamada, Prezident Donald Trampın, Çinin, ABŞ-ın tariflərinə cavab tədbirləri gördüyünə görə tətbiq ediləcək 10%-lik tarif nisbətinin 25%-ə qaldırılması göstərişi verdiyini bildirib.
Təxminən 200 milyard dollarlıq məhsula təsir edəcək bu göstərişin yerinə yetiriləcəyini bildirən Lighthizer, bunları qeyd edib:
"18 İyunda Prezident Tramp mənə, Çinin ABŞ məhsullarına cavab tarifləri tətbiq edərək amerikalı işçilərə, fermerlərə və şirkətlərə daha çox zərər verməsinə ABŞ-ın cavabı olaraq 10 faiz gömrük vergisi tətbiq ediləcək 200 milyard dollar dəyərindəki Çin məhsullarını müəyyənləşdirmək göstərişi verib. Bu prosesə İyulun 10-da başladım. Prezident Tramp, bu həftə isə nəzərdə tutulan tarif nisbətini 10%-dən 25%-ə yüksəltməyi qiymətləndirməyim istiqamətində göstəriş verib. 25%-lik tarif nisbəti, 10 İyulda açıqlanan məhsullara tətbiq olunacaqdır".
5 MİN MƏHSULA TƏTBİQ EDİLƏCƏK
ABŞ Ticarət Nümayəndəliyinin (USTR), Trampın İyunun 18-də verdiyi sərəncam əsasında hazırladığı 5 min Çin qeydiyyatlı məhsulun olduğu siyahıda dəniz məhsullarından idman əlcəyinə, təbii və kimyəvi minerallardan meyvə-tərəvəzlərə, tütün məmulatlarından avtomobil təkərinə qədər bir çox çeşiddə məhsul yer alır.
Tramp rəhbərliyinin bu addımı müzakirələrin yenidən başlaması üçün Pekin hökumətinə qarşı təzyiqi artırmaq üçün aldığı bildirilir.
ABŞ-ÇİN TİCARƏT MÜHARİBƏSİ
ABŞ ilə Çin arasında ticarət müharibəsi, Tramp-ın 23 Martda idxal polad və alüminiuma müvafiq olaraq 25 faiz və 10 faiz əlavə gömrük vergisi tətbiq etməsi ilə başladı.
Çin, Vaşinqtonun polad və alüminium məhsullarına qarşı əlavə gömrük vergilərinə cavab olaraq aprelin əvvəlində ABŞ qeydiyyatlı 128 məhsula 15 faiz ilə 25 faiz tarif tətbiq etdi.
22 Mart tarixində ABŞ rəhbərliyi, Çinin, amerikalı şirkətlərin texnologiyalarını və əqli mülkiyyətlərini ələ keçirməyə yönəlmiş qanunsuz fəaliyyətləri səbəbilə 50 milyard dəyərindəki mindən artıq Çin məhsuluna iki mərhələli olaraq 25 faiz əlavə gömrük vergisi tətbiq edəcəyini açıqladı.
Pekin rəhbərliyinin, ABŞ-ın yalnız Çini hədəf alan bu həmləsinə reaksiyası gecikmədi. Çin Ticarət Nazirliyi, bu qərara cavab olaraq ABŞ-dan idxal edilən 50 milyard dollar məbləğindəki 659 məhsula 25 faiz gömrük vergisi tətbiq edəcəyini bildirdi.
ABŞ Prezidenti Donald Tramp, 18 İyunda Çinin daha əvvəl açıqladığı tariflərə cavab tədbirlərilə qarşılıq verməsi halında 200 milyard dollar dəyərində məhsula daha 10 faiz gömrük vergisi tətbiq edilməsi tapşırığını verib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Təqvimlər 6 İyulu göstərdikdə, ABŞ rəhbərliyi, Çindən idxal edilən 34 milyard dollar dəyərindəki 800-dən çox məhsula 25 faiz əlavə gömrük vergisi tətbiq etməyə rəsmən başladı.
Çin rəhbərliyi, Trampın bütün təhdidlərinə baxmayaraq ABŞ-ın idxal məhsullara qarşı tarif artımlarının "anında qüvvəyə mindiyini" bildirdi.
ABŞ-ın indiyə qədər atdığı proteksionist ticarət addımlarına "qisasa qisas" cavabı verən Çin, daha əvvəl 10% olaraq açıqlanan əlavə vergi nisbətinin 25%-ə yüksəldilməsinə necə qarşılıq verəcəyi maraqla gözlənilir.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
13 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 16 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO





















