Yeni nəqliyyat marşrutları yaradıla bilər
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında yeni nəqliyyat marşrutlarının yaradılmasına müsbət təsir göstərəcək.
Bunu Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku deyib.
Onun sözlərinə görə, söhbət "Şərq-Qərb" nəqliyyat dəhlizi kimi strateji əhəmiyyət daşıyan layihələrdən gedərkən, Rumıniya və Azərbaycan ümumi maraqları bölüşür.
D.Yanku qeyd edib ki, BTQ dəmir yolu təkcə Azərbaycan üçün yox, həm də region üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Səfir bildirib ki, bu, "Şərq-Qərb" dəhlizinin vacib hissəsidir və regional əlaqələrin möhkəmlənməsinə vacib töhfə verəcək:
"BTQ Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında yeni nəqliyyat marşrutlarının yaradılmasına müsbət təsir göstərəcək ki, bu həm də Rumıniya üçün aktualdır. Bu regionlar arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması məqsədilə Rumıniya Xəzər-Qara dəniz nəqliyyat dəhlizinin hazırlanmasını təklif edib. Bu layihə "Şərq-Qərb" dəhlizinin Qara dənizdən keçməklə genişləndirilməsini nəzərdə tutur".
.
BTQ irimiqyaslı dəmiryol layihəsinin reallaşdırılması Avropa ölkələrində Azərbaycana maraq oyadır, bu isə Bakıya yeni nəqliyyat marşrutlarının açılması perspektivlərini vəd edir.
Bu fikirləri Siyasi İnformasiya Mərkəzinin (Rusiya) analitiki İvan Pyatibratov deyib.
Ekspertin fikrincə, Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Bakı yox, həm də bütün region qarşısında ciddi iqtisadi perspektivlər açır:
"Rumıniya tərəfinin təklif etdiyi Xəzər-Qara dəniz nəqliyyat dəhlizi təşəbbüsü düşünülmüş addımdır. Bu fikrin reallaşdırılması layihənin bütün iştirakçılarının maraqlarına uyğun olacaq. Əlbəttə, Cənubi Qafqazın əsas qüvvəsi olan Azərbaycan üçün bu, həm maliyyə, həm də siyasi bonuslar vəd edir".
Ekspert əlavə edib ki, perspektivdə Azərbaycan Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionları arasında nəqliyyat qovşağına çevrilə bilər.
Onun fikrincə, Bakı-Tbilisi-Qars layihəsi yüklərin tranziti üçün yeni istiqamət qismində Rusiya tərəfi üçün də maraqlıdır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)








