Bank sektorunun gəlirləri azalmaqda davam edir - GERİLƏMƏLƏR
Azərbaycanın bank sektoru 2018-ci ilin birinci yarısını 36,3 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, bank sektoru 2017-ci ilin birinci yarısını 84.9 milyon manat xalis mənfəətlə başa vurmuşdu.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun dövründə bankların faiz gəlirləri 843,3 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə banklar 1 milyard 7 milyon manat faiz gəliri əldə etmişdilər (16,3% azalma). Faiz gəlirlərinin düşməsinin səbəbi müştərilərə verilən kreditlərin azalmasıdır. Son bir ildə bank sektorunun müştərilərə verdiyi kreditlər 1 milyard 750 milyon manat azalaraq 11 milyard 712 milyon manata düşüb.
Bankların qeyri faiz gəlirləri isə 45,9% azalaraq249,5 milyon manat təşkil edib. Bank sektoru ötən ilin birinci yarısında 460.3 milyon manat qeyri-faiz gəliri əldə etmişdi.
Xərclər çıxıldıqdan sonra əməliyyat mənfəəti 308,6 milyon manat təşkil edib. Ötən ilin birinci yarısında bu rəqəm 508.8 milyon manat idi.
Bu ilin birinci yarısında, banklar əməliyyat mənfəətinin 258,4 milyon manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıblar (ötən il 408.9 milyon manat). Eyni zamanda, 15 milyon manat mənfəət vergisi ödənilib. Nəticədə bank sektoru 2018-ci ilin birinci yarısını 36,3 milyon manat xalis mənfəətlə bağlayıb. Qeyd edək ki, bir neçə iri bank böyük məbləğdə mənfəət əldə etdiyindən digər bankların böyük məbləğdə zərərləri bağlanıb.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)









.jpg)



