Dövlət yollar üçün evləri və torpaqları bu qiymətlərə alacaq
Azərbaycanda yen salınacaq yollar üçün əhalidən alınacaq torpaq sahələri və obyektlərin qiyməti məlum olub. Nazirlər Kabineti yeni yoların çəkilməsi üçün əhalidən torpaq sahələrinin alınması haqqında iki qərar qəbul edib. Birinci qərara əsasən, Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisi üçün layihənin altına düşən torpaqların alınması nəzərdə tutulur. Torpaqların alınması işləri Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilib.
İkinci qərər isə Bakı şəhəri ərazisində yeni avtomobil yolunun tikintisinə aiddir. Söhbət Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisindən gedir. Nazirlər Kabinetinin qərarına görə, bu yolun altına düşəcək torpaq sahələri və obyektlər də dövlət ehtiyacları üçün alınacaq. Burada da torpaqların alınması işləri Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilib.
Agentliyin mətbuat katibi Anar Nəcəfli bildirib ki, Bakı-Quba-Rusiya sərhədi yolu üçün torpaqlar Bakıdan 45 kilometr sonrakı ərazilərdən başlayaraq alınacaq və Sel kənarından keçərək Qəndob qəsəbəsinə qədər davam edəcək.
A.Nəcəfli bildirib ki, bu istiqamətdə yolun keçdiyi ərazidə obyekt və ya ev yoxdur, ona görə də yalnız torpaq sahələri alınacaq. Əhalidən alınacaq torpaqların qiyməti də məlumdur - hər hektar üçün 15 min manat. Mətbuat katibi bildirib ki, bu qiymət Agentliyin müstəqil qiymətləndiricilər tərəfindən müəyyən edilib.
Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yeni yola gəldikdə isə ilkin qiymətləndirmələrə görə, burada yolun üstündə azı 23 ev və obyekt var. Bunların alış qiyməti isə hər kvadratmetr üçün maksimum 1020 manat olacaq. A.Nəcəfli bildirib ki, yeni yolun tikintisi başlayıb, onun bir hissəsi Böyük Şor gölünün üzərindən keçir.
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA
© Fed
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)




