Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,8 faiz artıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-iyun aylarında 23,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,8 faiz artmış, neft sektorunda isə 0,2 faiz azalmışdır. Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.
Sənaye məhsulunun 72,0 faizi mədənçıxarma sektorunda, 23,4 faizi emal sektorunda, 4,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 0,9 faiz artmış, əmtəəlik qaz hasilatı isə 4,9 faiz azalmışdır.
Emal sektorunda avtomobil istehsalı 16,6 dəfə, tütün məmulatlarının istehsalı 3,4 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,7 dəfə, mebel istehsalı 2,0 dəfə, elektrik avadanlıqlarının istehsalı 84,1 faiz, həm hazır metal məmulatlarının, həm də toxuculuq sənayesi məhsullarının istehsalı 64,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 56,9 faiz, tikinti materiallarının istehsalı 34,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 15,0 faiz, geyim istehsalı 10,3 faiz, içkilərin istehsalı 5,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 0,4 faiz, əczaçılıq məhsullarının istehsalı 0,3 faiz artmış, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,3 faiz, qida məhsullarının istehsalı 3,1 faiz, maşın və avadanlıqların istehsalı 6,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 8,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 10,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 62,7 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,5 faiz artmışdır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 20 saat sonra
-
- 55 d. əvvəl
-
1 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
1 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı







.png)
















