Dollara təsir edəcək kritik məlumatlar açıqlanacaq
Bu gün Dollara təsir edə biləcək mühüm məlumatlar açıqlanacaqdır. Qlobal bazarlar ABŞ-da açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq məlumatına fokuslanıb.
"Marja" xəbər verir ki, ABŞ-da məşğulluğun artması, FED-in faiz artırması üçün mühüm əhəmiyyət daşıyır.
İyun ayına dair kənd təsərrüfatı xaric məşğulluq məlumatı Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaqdır.
ABŞ-da İyunda məşğulluğun 200 min artacağı gözlənilir. Fevralda məşğulluq 223 min nəfər artmışdı.
Eyni zamanda, ABŞ-da işsizlik nisbəti məlumatı da açıqlanacadır. Dünyanın ən böyük iqtisadiyyatında işsizlik nisbətinin İyunda 3,8%-də qalacağı proqnozlaşdırılır. Mayda işsizlik 3,8%-ə düşümüşdü.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Həmçinin ABŞ-da maaşların illik və aylıq saatlıq artım nisbətləri də açıqlanacaqdır. Saatlıq maaşın aylıq müqayisədə 0,3% artacağı gözlənilir. Mayda artım 0,3% olmuşdu. Saatlıq maaşın illik müqayisədə isə İyunda 2,8% artacağı gözlənilir. Mayda illik artım 2,7% təşkil etmişdi.
Əgər açıqlanacaq göstəricilər proqnozlardan aşağı olarsa Dollar ucuzlaşa, yüksək olarsa bahalaşa bilər.
Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət bir təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.
ABŞ Mərkəzi Bankı Fed-in bu il faizləri 4 dəfə artıracağı gözlənilir. Artıq Mart və İyun toplantılarında faizlər artırılıb. Faizləri yüksəlməsinin Dolların daha da güclənməsinə səbəb olacağı gözlənilir.
Digər tətəfdən, ABŞ-ın başlatdığı "ticarət müharibəsinin" kənd təsərrüfatı xaric məşğulluq göstəricilərinə təsir edəcəyi gözlənilir.
Analitiklər, ticarət gərginliyinin məşğulluq göstəricilərinə qabarıq şəkildə əks olunması üçün İyun ayının hələ tez olduğunu deyirlər. Yenə də, məsələyə dair narahatlıqlar artır. ABŞ-da Bazar ertəsi günü keçirilmiş bir sorğu, zavod rəhbərlərinin gömrük tariflərindən "şiddətli bir narahatlıq" keçirdiklərini göstərib. 2 regional Fed sədri isə ticarət müharibəsinin müəssisələrə daha çox təzyiq göstərdiyi və yeni risklər yaratdığı barədə ötən həftə xəbərdarlıq etmişdi.
Əsas sual, bazarların rəqəmlərdə baş verəcək mümkün geriləməni, iş dünyasındakı qeyri-müəyyənliyin erkən bir işarəsi olaraq, yoxsa səkkiz aydır məşğulluğun artmaqda olduğu sektorda təbii olaraq baş verən bir ləngimə olaraq oxuyacağıdır.
Tramp rəhbərliyindən rəsmi şəxslər, ticarət narahatlıqlarının şişirdildiyini deyir. ABŞ-ın Ticarət naziri Wilbur Ross, ötən həftə Bloomberg TV-yə verdiyi müsahibəsində, "Çox ABŞ şirkətinin yaşadığı ən böyük problem, yüksək səviyyəli işçi tapması çətinliyidir" demişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
11 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
14 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
15 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 15 saat əvvəl
-
15 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
15 saat əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
Ən çox oxunanlar
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb




















