“Ekoloq-2010” İctiami Birliyinin növbəti layihəsi başa çatıb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctiami Birliyi tərəfindən icra olunan olunan “İnsan ekologiyası: Narkomaniya cənublu məktəblilərin gözü ilə” adlı rəsm müsabiqəsi və sərginin təşkili” layihəsi sona çatmaq üzrədir.
İctiami Birlikdən verilən məlumatda qeyd olunur ki, aprel ayından icra olunan layihə əsasən ölkəmizin cənub bölgəsində- Lerik, Astara və Lənkəran rayonlarının seçilmiş məktəblərində həyata keçirilib. Layinənin birinci mərhələsi çərçıvəsində Lerik rayonu 3 saylı tam orta məktəbi, Astara rayon M.Ə.Sabir adına 1 saylı tam orta məktəbi və Lənkəran şəhər 10 saylı tam orta məktəbində yuxarı sinif şagirdlərin iştirakı ilə narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici seminar və rəsm müsabiqəsi təşkil olunub. Tədbirlərdə çıxış edən natiqlər- «Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctiami Birliyinin sədri Səlim Balayev, layihə üzrə ekspert Zəfər Miriyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cənub regionu üzrə 1 saylı Ərazi bölməsinin mütəxəssisi Ramin Quliyev və başqaları müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniyanın bütün dünyada geniş yayıldığını, bu problemlə mübarizəyə dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların cəlb olunduğunu bildiriblər. Təəssüflə qeyd edilib ki, müasir dünya üçün ağrılı bəlaya çevrilmiş narkomaniya Azərbaycan vətəndaşlarından da yan keçməyib. Gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları ölkəmiz üçün də narahatedici problem olaraq qalmaqdadır. Rəsmi statistik məlumatları nəzər yetirdikdə , belə aydın olur ki, narkotik vasitə istifadəçilərin əksəriyyəti yeniyetmələr və gənclərdir. Mütəxəssislərin fikrincə onları təsir altına salmaq daha asan olur. Xüsusən də yuxarı sinif şagirdləri ailədə olan maddi problemlər, özünə inamsızlıq, stress, depressiya kimi hallardan yollarını daha tez azırlar, bu zaman isə onlar çıxış yolunu narkotik maddələrdən istifadədə görürlər. Odur ki, bu sahədə təbliğatın, məlumat xarakterli fəaliyyətlərin böyük rolu vardır.
Maarifləndirici seminarların ardından məktəblilər arasında narkomaniyaya qarşı mübarizə mövzusunda rəsm müsabiqəsi elan olunub. Şagirdlərə narkomaniya ilə mübarizəyə dair təsəvvürlərini əks etdirmək üçün rəsm ləvazimatları paylanılıb. Məktəblilər böyük həvəslə bu layihədə iştirak ediblər.
Müsabiqənin şərtinə uyğun olaraq, hər məktəbdən mövzunu daha çox əhatə edə bilmiş 10 şagirdin rəsm işi seçilərək yekun mərhələ üçün ayrılüb. Layihənin yekunu olaraq Lənkəranda hər üç məktəbin şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə 30-dan artıq rəsm nümayiş etdirilib. Tədbirdə layihədə iştirak etmiş məktəblərin rəhbərliyi, müəllim və şagird kollektivləri iştirak edib. Münsiflər heyətinin qərarı ilə Lerik rayonundan Dünarə Kişiyeva, Çiçək Rəcəbova və Kənan Əlizadə, Astara rayonundan Gülnar Abıyeva, Şəfa Məlikzadə və Riyad Rzayev, Lənkərandan isə Nurlana Əmirli, Nərmin Abdullazadə və Fatimə Əsədlinin əl işləri daha çox fərqləndiyi üçün onlara xüsusi xatirə hədiyyələri verilib. Həmçinin, əl işləri sərgilənən bütün məktəblilərə sertifikatlar təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
23 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi













.jpg)






.jpg)

