Tramp "Harley-Davidson"ı Avropaya təslim olmaqda ittiham etdi
ABŞ Prezidenti Donald Tramp, Amerikalı motosiklet istehsalçısı "Harley-Davidson"ın istehsalını tariflər səbəbindən ölkə xaricinə köçürmək qərarı verməsini tənqid edib.
"Marja" xəbər veri ki, Tramp, şəxsi "Twitter" hesabından, şirkətin Avropa Birliyinin (AB) ötən cümə günündən tətbiq etməyə başladığı gömrük vergilərinə görə verdiyi qərara təəccübləndiyini bildirib.
Amerikalı şirkətlərinin səbrli olması lazım olduğuna işarə edən Tramp, "Bütün şirkətlər arasında "Harley-Davidson"ın təslim bayrağını açan ilk şirkət olmasına təəccübləndim. Mən onlar üçün çox döyüşdüm. Nəhayət bizə ticarətdə zərər verən Avropa Birliyinə, 151 milyard dollar kəsirimiz var, satdıqlarının vergisini onlar ödəməyəcəklər. Vergilər, Harley üçün sadəcə bir bəhanədir. Səbrli olun", -ifadələrini istifadə edib.
Mütəxəssislər, Trampın bu şərhini, AB-nin cəzalandırıcı tariflərindən mənfi təsirlənəcək şirkətləri "Harley-Davidson"ın yolu ilə getməkdən imtina etdirmək səyi kimi qiymətləndirir.
AB, Ağ Evin polad və alüminium vergilərinə cavab olaraq motosiklet, yaxta, qayıq, qarğıdalı, düyü, fıstıq əzməsi, qaragilə, portağal suyu, viski, siqar, siqaret, tütün, pomada, şalvar, ayaqqabı, əlüzyuyan, lift, ventilyator və polad kimi yüzlərlə Amerikan məhsularına 25 faiz əlavə gömrük vergisi tətbiqinə 22 İyunda başlamışdır.
İSTEHSALINI XARİCƏ KÖÇÜRÜR
ABŞ-ın beynəlxalq motosiklet istehsalçısı "Harley-Davidson", Avropa Birliyinin (AB) ABŞ-a qarşı həyata keçirməyə başladığı gömrük vergilərinə görə, ABŞ-dakı istehsalının bir hissəsini xarici ölkələrə köçürərək, bu bölgələrdən Avropa bazarına motosiklet ixrac edəcəyini açıqlayıb.
"Marja" xəbər verir ki, "Harley-Davidson"dan ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verilən açıqlamada, ABŞ-ın Avropa Birliyindən idxal edilən polad və alüminiuma əlavə vergilər tətbiq etməsinə cavab olaraq Avropa Birliyinin də cümə günü ABŞ mallarına qarşı gömrük vergisi tətbiq etməyə başladığına işarə edilib.
AB-nin tətbiq etdiyi yeni tariflər səbəbindən "Harvey-Davidson"ın ABŞ-dan AB-yə ixrac etdiyi motosikletlərinin gömrük vergisinin 6%-dən 31%-ə qalxdığı vurğulanan açıqlamada, AB-yə ixrac edilən "Harvey-Davidson" markalı motosikletlərin qiymətinin də 2 min 200 dollar artacağına diqqət çəkilib.
AB-yə ixrac ediləcək "Harley-Davidson" motosikletlərinin istehsalının şirkətin ABŞ xaricindəki beynəlxalq müəssisələrinə köçürüləcəyi bildirilən açıqlamada, sözügedən müəssisələrdə lazımi investisiyalar edilərək istehsalın artırılmasının 9-18 ay davam edəcəyi qeyd edilib.
Sözügedən müddət ərzində vergi tarifləri səbəbilə yaranacaq xərc artımının müştərilərdən alınmayacağı qeyd edilən açıqlamada, tariflərin şirkət üçün bu ilin sonuna qədər 30 ilə 45 milyon dollar arasında xərc artımına səbəb olmasının gözləndiyi məlumatı verilib.
"Harley-Davidson"ın Nyu-York birjasında ticarət olunan səhmləri, cümə gününü 44,21 dollardan bağlamışdı. Səhmlər açıqlamadan sonra bu gün 7,1 faiz ucuzlaşıb.
"Harley-Davidson" üçün ABŞ-dan sonra ən böyük bazarın Avropa Birliyi olduğunu vurğulayan mütəxəssislər, şirkətin keçən il AB-də 40 min motosiklet satdığını qeyd edirlər. Şirkətin, Hindistan, Braziliya, Avstraliya və Tailandda da istehsal obyektlərinin olduğu bildirilir.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 12 saat sonra
- 10 saat sonra
- 4 saat əvvəl
-
-
7 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
7 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
8 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 8 saat əvvəl
-
9 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş





















