SOCAR: İmzalanan müqavilələrin dəyəri 1,6-1,7 milyard dollar civarındadır - VİDEO
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernizasiya və yenidənqurma layihəsi çərçivəsində imzalanan əsas müqavilələrin dəyəri, təxminən, 1,6-1,7 mlrd. dollar təşkil edir.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft-qaz, neft-kimya layihəsi üzrə departament rəisinin müavini Şamil Həkimov şirkətin sosial şəbəkədəki rəsmi səhifəsində bildirib.
“Zavodun modernizasiya və yenidənqurma layihəsi dövlət vəsaiti hesabına (Azərbaycan Dövlət Neft Fondu) maliyyələşdirilir və bugünədək layihə üçün imzalanan 3 əsas müqavilənin dəyəri 1,6-1,7 mlrd. dollar təşkil edir”,- o bildirib.
Onun sözlərinə görə, 2021-ci ilin ortalarına zavodda nəzərdə tutulan bütün texnoloji proseslər tətbiq olunmalı, istehsalat sahələri işləmələri və tələb olunan məhsullar istehsal edilməlidir.
Ş.Həkimov deyib ki, layihənin məqsədlərinə nail olmaq üçün neftin ilkin emal gücünün artırılması təmin olunmalıdır:
“Heydər Əliyev adına Neft Emalı Zavodundakı Neftin İlkin Emalı qurğusunun (ELOU-AVT) illik gücü 6 mln. ton təşkil edir. Lakin layihə çərçivəsində emal gücünün illik, təxminən, 8 mln. tona çatdırılması nəzərdə tutulur. Buna görə də keçmiş "Azərneftyağ" neft emalı zavodundakı illik məhsuldarlığı 2 mln. ton olan Neftin İlkin Emalı qurğusunun Heydər Əliyev adına Neft Emalı Zavodunun ərazisinə köçürülməsi (2020-ci ilin sonuna başa çatmalıdır) nəzərdə tutulur”.
Onun sözlərinə görə, işlər yekunlaşdıqdan sonra zavodda avtomobil benzininin həcmi illik 1,2 mln. tondan 2,2 mln. tona, dizel yanacağının həcmi 1,9 mln. tondan 2,9 mln. tona, neft-kimya məhsullarının həcmi 112 min tondan 390 min tona, reaktiv mühərrik yanacağının həcmi 600 min tondan 1 mln. tona, bitum istehsalının həcmi 200 min tondan 400 min tona çatdırılacaq.
SOCAR rəsmisi hazırda ölkəyə idxal olunan 95 və 98 oktanlı benzinlərin modernizasiya və yenidənqurma işlərindən sonra artıq ölkədə istehsal ediləcəyini qeyd edib: “Zavodda ümumilikdə 14 yeni qurğunun inşası nəzərdə tutulur. Həmin qurğulardan bir neçəsi sırf yüksək oktanlı (95-98) benzin istehsal edəcək. Həmin qurğuların inşası ilə istənilən növ avtomobil benzinlərinin istehsalı təmin olunacaq”.
O, həmçinin qeyd edib ki, zavodda daha yüksək keyfiyyətdə və daha böyük həcmlərdə neft emalı qazları istehsal ediləcək, həmin məhsullar isə “Azərikimya” İstehsalat Birliyinə ötürülərək “EP-300” qurğusunu xammala təmin edəcək: “Burada isə istehsal olunan məhsul "SOCAR Polymer"in zavodlarına (Polipropilen və Yüksək Sıxlıqlı Polietilen) ötürüləcək və bu müəssisələr davamlı olaraq xammalla təmin ediləcək”.
Qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya və yenidənqurma layihəsinə 2015-ci ildən başlanılıb.
NEZ-də yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulub:
I mərhələ üzrə 2018-ci ilin sentyabr ayında yeni bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi;
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
II mərhələdə 2020-ci ilin sonunadək “Euro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası;
Son mərhələdə isə 2021-ci ildə “Euro-5” keyfiyyət standartına cavab verən Ai-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və yenidən qurulması işlərinin aparılması.
Aparılacaq işlər nəticəsində istehsal olunan benzin və dizel yanacağının keyfiyyət göstəriciləri “Euro-5” standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda Ai-92/95/98 benzin markalarının istehsalı təmin ediləcək.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 32 d. əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 8 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı
Qızılın qiyməti 5300 dolları da keçdi
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Ən çox oxunanlar
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ



















