“Uşaq hüquqları uşaqların dilində” -“Mətanət A” Şirkətindən daha bir sosial layihə
(®) İntellektli, geniş dünyagörüşünə malik, vətənpərvər gənclik güclü dövlət deməkdir. Yarandığı gündən məhz bu prinsipi əsas tutan, dövlətimizin daha da güclənməsinə öz tövhəsini verməyi qarşısına məqsəd qoyan “Mətanət A” şirkəti bu qəbildən növbəti tədbirini keçirib.
Təmas xəttinə yaxın yerləşən Tovuz rayonunun bir sıra orta məktəblərində 8, 9, 10, 11 – ci sinif şagirdləri üçün "Uşaq hüquqları uşaqların dilində" adı altında təlimlər keçirilib. Təlimlər 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
Təlimlərdə Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində görülən işlər, bununla bağlı qanunvericilik bazası, Azərbaycanın uşaq hüquqları ilə bağlı qoşulduğu beynəlxalq konvensiyalar məktəblilərə əhatəli şəkildə izah edilib. Uşaqlara onların hüquqları və bu hüquqların pozulması hallarında onların müdafiəsi yolları başa salınıb, ölkənin hüquq-müdafiə sisteminin daim onları qorumağa hazır olduğu qeyd edilib. Həmçinin bildirilib ki, işğalçı Ermənistanla təmas xəttinə yaxın yerləşən bu rayonda zaman – zaman uşaqların hüququ məhz üzdəniraq qonşumuz tərəfindən də pozulur. Belə məqamlarda Azərbaycanın qoşulduğu uşaq hüquqlarına dair beynəlxalq konvensiyalar uşaqların işğalçı ölkəylə bağlı beynəlxalq məhkəmələrə müraciət etmələrinə də imkan verir. Təlimlər maraqlı disskusiya şəraitində keçib. Uşaqlar hüquqları ilə bağlı müxtəlif suallara cavab tapıblar.
Təlimləri “Mətanət A” şirkətinin gənc hüquqşünası Gülxanım Xəlilova keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
26 d. əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)






.jpg)



