Sabaha olan hava proqnozu açıqlanıb
Sabah ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 3-ü Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-6° isti olacağı gözlənilir. Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.
Tibbi-meteoroloji proqnoza görə, fevralın 03-04-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Lakin gündüz saatlarında Böyük Qafqazın bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.
Hərracda manatın orta çəkili məzənnəsi 1,9111 səviyyəsində formalaşmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
Keçmiş bankir "AzRe Təkrarsığorta"nın rəhbərliyindən ayrılıb
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
-
2 saat əvvəl
Goldman Sachs: Neft qiymətlərində risklər yuxarı istiqamətdədir
-
3 saat əvvəl
Gömrük sahəsində malların ikipilləli buraxılış mexanizmi tətbiq olunacaq
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
2025-ci il üzrə "Azərlotereya" 100,7 milyon manat, "Topaz" 39,8 milyon manat vergi ödəyib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi - SİYAHI
-
6 saat əvvəl
İran: ABŞ danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsini pozub
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Keçmiş bankir "AzRe Təkrarsığorta"nın rəhbərliyindən ayrılıb
Aprelin 10-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İrşad 2025-ci ildə də ən çox vergi ödəyənlər arasında
2025-ci il üzrə "Azərlotereya" 100,7 milyon manat, "Topaz" 39,8 milyon manat vergi ödəyib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi - SİYAHI
İran: ABŞ danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsini pozub
Rəsmi məzənnələr açıqlandı
Azərbaycan–Belarus tikinti əməkdaşlığında yeni mərhələ
Tramp: İrana silah satan ölkələrə 50% rüsum tətbiq ediləcək
Atəşkəsdən sonra Hörmüzdən ilk gəmi keçdi


















