“Gilan PİVOT” sifarişçilərə 100-dən çox suvarma sistemi tədarük edəcək
Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən "Gilan PİVOT" MMC 2018-ci ilin sonunadək sifarişçilərə 108 avtomatik suvarma sistemi tədarük edəcək. Bu barədə şirkətin icraçı direktoru Ruslan Ələsgərov məlumat verib.
"İlin sonunadək biz 108 irriqasiya sistemi istehsal edərək sifarişçilərə tədarük edəcəyik. Artıq 76 belə sistem tədarük etmişik. Şirkətimiz Amerikanın “Valley Iriqation” şirkəti ilə tərəfdaşlıq edir", - deyə o, bu gün jurnalistlərə bildirib.
İcraçı direktorun sözlərinə görə, 1 ha üçün irriqasiya sisteminin qiyməti 1,05 min - 1,09 min dollardır.
R.Ələsgərov qeyd edib ki, "Aqrolizinq" ASC 32 irriqasiya sistemi sifariş edib. "Gələcəkdə bu sistemlər lizinq yolu ilə fermerlərə veriləcək", - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, suvarma sistemlərinin istehsalı müəssisəsinin yaradılmasına sərmayə qoyuluşları 1 mln. manat məbləğində qiymətləndirilir.
© İnterfks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
4 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
4 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti






















