"Kiğılı"nın sahibi Azərbaycandakı kredit faizlərini eşitsə təəccüb qalar
"Allah heç kimi bankların qapısına salmasın"
Türkiyənin geyim şirkəti "Kiğılı"nın sahibinin bank kreditləri barədə dedikləri ilə Azərbaycandakı kredit faizlərini müqayisə etsək, ölkəmizdə iş adamlarının daha çətin şərtlər altında işlədiyini deyə bilərik.
"Marja" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Kiğılı"nın sahibi və İdarə Heyətinin sədri Abdullah Kiğılı, hazır geyim sektorunda yüksək bank faizlərini qarşılayacaq bir gəlirliliyin olmadığını deyib.
"Allah heç kimi bankların qapısına salmasın. Ayda 1,5 faiz, il ərzində 18 faiz faiz tətbiq edirlər (Türkiyə banklarını nəzərdə tutur). Bir də malımı, əmlakımı girov qoymalıyam. Tekstildə belə bir gəlirlilik yoxdur. Yəni çalışacaqsan, çalışacaqsan sonra qazancını faizə verəcəksən. Həmçinin bütün xərclərini qarşılayacaqsan, sənə pul qalacaq - belə bir şey mümkün deyil".
Qeyd edək ki, Azərbaycanda biznes kreditlərinin faiz dərəcəsi 19% - 28% arasında dəyişir. Faktiki illik faiz dərəcəsi isə 30%-ədək çatır. Türkiyədəki kredit faizlərini "mümkünsüz" adlandıran Kiğılı, Azərbaycandakı kredit faizlərini eşitsə təəccüb qalar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir




















