Azərbaycan məşhur şəhərdə Ticarət Evi yaradır
Azərbaycan məhsullarının BƏƏ-də geniş təşviqi üçün Dubayda Ticarət Evinin yaradılması istiqamətində işlərə başlanılıb.
“Marja” xəbər verk ki, bunu iqtisadiyyat Şahin Mustafayev bildirib.
İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Bakıda keçirilən Qoşulmama Hərəkatının Nazirlər Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə dövlət naziri Ənvər Qarqaş ilə görüşüb.
Nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında yüksək səviyyəli siyasi münasibətlər və qarşılıqlı səfərlər iki ölkə arasında iqtisadi əməkdaşlığın uğurlu inkişafına əlverişli zəmin yaradır. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyi Bakıda açılıb, Azərbaycanın BƏƏ-də ticarət nümayəndəsi təyin edilib, ölkəmiz Dubaya ixrac missiyaları göndərib və keçirilən sərgilərdə vahid ölkə stendi ilə təmsil olunub. Azərbaycan-BƏƏ iqtisadi əlaqələrinin genişləndirilməsi üçün geniş potensialın olduğunu vurğulayan nazir Şahin Mustafayev investisiya qoyuluşu, sənaye, alternativ enerji, neft-qaz, əczaçılıq, nəqliyyat və tranzit yükdaşımaları sahələrində əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb. Vurğulanıb ki, BƏƏ Azərbaycanın tranzit potensialından, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadə edə, BƏƏ iş adamları Ələt Azad Ticarət Zonasında və Azərbaycanda fəaliyyət göstərən sənaye parklarında investor qismində iştirak edə bilərlər. Ölkələrimiz arasında birbaşa aviareyslərin olması, BƏƏ vətəndaşlarına hava limanlarında vizanın verilməsi turizm sahəsində əlaqələrin inkişafında əhəmiyyətlidir. Bundan başqa, ölkəmiz Azərbaycanlı tələbələrin BƏƏ universitetlərində təqaüd proqramlarına qəbul edilməsi, tələbə mübadiləsi sahəsində də əməkdaşlıqda maraqlıdır. Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan məhsullarının BƏƏ-də geniş təşviqi üçün Dubayda Ticarət Evinin yaradılması istiqamətində işlərə başlanılıb.
BƏƏ-nin Xarici İşlər üzrə dövlət naziri Ənvər Qarqaş ölkəmizə səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin BƏƏ nümayəndə heyətini qəbulundan və aparılan müzakirələrdən məmnunluğunu vurğulayıb.
Bildirilib ki, Azərbaycan-BƏƏ əlaqələrinin daha da inkişafı üçün ölkələrimizin qarşılıqlı istəyi və müvafiq potensialı var. Diqqətə çatdırılıb ki, viza rejiminin sadələşdirilməsi sahəsində görülən işlər BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olub. Ölkəsinin yükdaşımalar, turizm, təhsil, neft-qaz və s. sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Nazir Ənvər Qarqaş həmçinin, BƏƏ-yə ixrac missiyalarının təşkilinin Azərbaycanın kənd təsərrüfatı və sənaye məhsullarının ölkəsində tanıdılmasında əhəmiyyətini vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
10 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
11 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
11 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
11 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar










.jpg)







