Azercell-lə 4G xidməti indi daha rahat
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC abunəçilərinə keyfiyyətli xidmət göstərməkdə davam edir.
Ölkəmizdə ən böyük 4G şəbəkəsinə sahib Azercell Telekom bütün abunəçilərinin 4G xidmətindən rahatlıqla yararlanması üçün HSS (Home Subscriber Server) modernizasiya layihəsini uğurla tamamlayaraq abunəçilərinin ixtiyarına verib. Artıq 4G-ni dəstəkləyən həm Sim kartı, həm də mobil cihazı olan Azercell abunəçiləri Azercell Ekspres ofislərinə müraciət etmədən 4G xidmətindən yararlana biləcəklər. Bunun üçün abunəçinin istifadə etdiyi cihazda 4G-ni seçməsi yetərilidir. Məlumat üçün bidirək ki, HSS layihəsində abunəçinin istifadə edə biləcəyi xidmətlər haqqında bütün məlumatlar bir bazada yerləşir ki, bu da abunəçiyə digər servis ve şəbəkələrə asanlıqla qoşulma və istifadə etmə imkanı verir.
Qeyd edək ki, ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell 2017-ci ildə Bakı, Abşeron yarımadası ilə yanaşı, Gəncə, Bərdə, Şəmkir və Lənkəranda da 4G stansiyaları quraşdırdı və bununla da LTE xidmətini regionlara gətirən ilk mobil operator oldu. Ölkədə ən böyük LTE şəbəkəsinə sahib olan Azercell-in 4G internet istifadəçilərinin sayı 2017-ci ildə əvvəlki illə müqayisədə 3 dəfə artdı, mobil internetdən istifadə həcmi isə 50% çoxaldı.
Məlumat üçün bildirək ki, 4G şəbəkəsinin təmin etdiyi inanılmaz yüksək sürət müasir İnternet məkanının təklif etdiyi mobil TV, videokonfrans, onlayn oyun və müxtəlif proqramlardan daha rahat istifadəni mümkün edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)







.jpg)








