Daha sərfəli avto-sığorta məhsulu təqdim edildi - QİYMƏTLƏR
Azərbaycan sığorta bazarının ən aktiv şirkəti olan “Qala Sığorta” daim müştərilərini düşünərək onları sevindirməkdə davam edir. Belə ki, şirkət bazara yeni, sərfəli şərtlərlə “Qala 100” adlı yeni sığorta məhsulu təqdim edib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən "Marja"ya verilən məlumata görə, məhsulun yaradılmasında əsas məqsəd şirkətin məhsul çeşidini artırmaqla, daha çox xırda zərərlərə üzləşən avtomobil sahiblərinin kiçik məbləğdə sığorta haqqı ödəyərək Kasko sığorta təminatı əldə etmək istiqamətində sığorta ehtiyaclarının təmin olunmasıdır.
Şərtlərə əsasən, sığortalı “Qala 100” məhsulu almaqla avtomobilini həm hərəkətli, həm də hərəkətsiz halda üzləşə biləcəyi hər növ itki və zərərlərdən qoruya bilər. Bu təminatlar siyahısına yol nəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanuna zidd hərəkəti, oğurluq quldurluq, qaçırma və soyğunçuluq, eləcə də yanğın və partlayış, heyvanların hərəkəti və təbii fəlakət daxildir.
Şirkətin biznesin inkişafı ilə məşğul olan qrupu tərəfindən hazırlanan bu sərfəli məhsulda franşiza (azadolma) tətbiq olunmur. Yəni avtomobilə dəyən xırda zərər belə “Qala Sığorta” tərəfindən qarşılanır. Bu isə məhsulu, bazarda mövcud olan klassik avto-sığorta məhsullarından əhəmiyyətli dərəcədə fərqləndirir.
Məhsul çərçivəsində iki növ paket nəzərdə tutulub. Birinci paketdə müştəri 100 manat sığorta haqqı ödəməklə avtomobili üçün 1500 manat, ikincidə isə 170 manat sığorta haqqı ödəməklə 2 500 manat həcmində sığorta təminatı əldə edə bilər.
Sığorta hadisəsi baş verdikdə şirkət pulsuz evakuator xidməti, dərhal hadisə yerinə gediş, ən qısa müddətdə təmirin təşkili və təmirin keyfiyyətli olmasına nəzarət xidməti də həyata keçirir.
Qeyd edək ki, bu məhsul dəyəri 50 000 manatdan çox olan nəqliyyat vasitələrinə şamil olunmur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
6 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 18 d. əvvəl
- 20 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















