“DSMF məhdudiyyətlər tətbiq etsə, həyat sığortası sahəsində geriləmələr ola bilər”
Qanunvericilikdə həyatın yığım sığortasının inkişafı və əmək münasibətlərinin şəffaflaşması üçün vergi və məcburi dövlət sosial sığorta haqları güzəştləri nəzərdə tutulub. Məsələn, əmək müqaviləsi ilə çalışan şəxslər üçün minimum 3 illik bağlanılan həyatın yığım sığortası müqaviləsi vergi və məcburi dövlət sosial sığorta haqlarından azaddır.
Hazırda bir çox şəxslər çalışdıqları şirkət vasitəsilə əməkhaqlarını həyat sığortasına köçürərək 3 ilin sonunda həm ödənilməyən vergi və məcburi dövlət sosial sığorta haqları, həm də investisiya gəlirləri hesabına yüksək qazanc götürürlər.
2017-ci ildə həyatın yığım sığortası üzrə həyat sığortası şirkətləri tərəfindən 138 milyon manat sığorta haqları toplanmışdır. 2016-cı ildə bu məbləğ təxminən 80 milyon manat idi. Yəni təkcə ötən 2 il ərzində, 218 milyon manat əməkhaqqı həyat sığortasına yönəldilib.
Sığorta sektorna sızan məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondu (DSMF) qanunvericilikdəki güzəştlərin məhdudlaşdırılması üçün təkliflər hazırlayıb. Həyat sığortası şirkətləri bu təşəbbüsdən narahatdırlar.
Azərbaycan Sığortaçılar Assosiasiyasının(ASA) sədri Mustafa Abbasbəyli “Marja”ya bildirdi ki, əgər məhdudiyyətlər tətbiq edilərsə həyat sığortası sahəsində müəyyən geriləmələr ola bilər.
“Güzəştlər tək sığorta bazarı üçün yox, ümumi sahibkarlıq mühiti üçün önəmlidir. Bu güzəştlər əmək münasibətlərinə müəyyən şəffaflıqlar gətirir, rəsmi müqavilələrin bağlanmasını, əmək haqlarının rəsmi göstərilməsini təşviq edir. Bu baxımdan güzəştlər önəmlidir. Biz imtiyazların olduğu kimi saxlanılmasının tərəfdarıyıq”.
DSMF mövcud güzəştlərin gəlirlərini azaltdığından narahat ola bilər. Sığortaçıların hesablamalarına görə, DSMF-nin və Vergilər Nazirliyinin əldə edə bilmədiyi gəlirlər cüzidir:
“Biz son 3 ili təhlil etmşik. İmtiyazlar nəticəsində, həm Dövlət Sosial Müdafiə Fondu , həm də Vergilər Nazirliyi ildə cəmi 35 milyon manat vergi və məcburi sosial sığorta haqlarını itirir. Bu məbləğin təxminən yarısı Vergilər Nazirliyinə, yarısı da DSMF-yə düşür. DSMF-yə düşən məbləğ büdcəsinin 0,8%-ni təşkil edir. Kifayət qədər kiçik məbləğdir. Buna görə biz düşünürük ki, mövcud imtiyazların olduğu kimi saxlanılmasının sığorta bazarından daha çox sahibkarlığa töhfəsi var”.
Sızan məlumatlara görə, DSMF həyat sığortasına yönəldilən əmək haqqına məhdudiyyətlərin tətbiq edilməsini müzakirə edir.
“Hazırda maaş məhdudiyyətsiz şəkildə həyat sığortasına yönəldilə bilər. Əldə etdiyimiz məlumata görə, DSMF maaşa məhdudiyyətlər tətbiq etməyi nəzərdə tutur. DSMF bununla bağlı qanunvericiliyə dəyişiklik təşəbbüsü ilə çıxış etmək istəyir”,- Mustafa Abbasbəyli əlavə etdi.
“Sosial sığortalar haqqında” Qanuna əsasən 3 ildən az olmayan müddətdə həyatın yığım sığortasına qoşulmuş vətəndaşlar məcburi dövlət sosial sığortalardan (22% və 3% ) azaddır.
Vergi Məcəlləsi ilə 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin Azərbaycan Respublikası sığortaçılarına ödədikləri sığorta haqları həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 il müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
22 d. əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
2 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
2 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
3 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
3 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
3 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR









.webp)
















.jpg)
