Sulu qar, qar yağacaq
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir.
Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 5-8, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yuxarı 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında martın 14-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, martın 14-15-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
-
5 saat sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
- 5 d. əvvəl
-
- 22 d. əvvəl
-
30 d. əvvəl
Yaxın günlərdə Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası fəaliyyətə başlayacaq
- 38 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ING: Azərbaycan Mərkəzi Bankı növbəti qərarlarında uçot dərəcəsini azaltmayacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
11 gün ərzində 5 minə yaxın sığorta hadisəsi qeydə alınıb
Azərbaycanın sığorta bazarı kiçilib
Aprel ayının hava proqnozu açıqlanıb
Unibank bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir
Ən çox oxunanlar
Qızıl 2008-dən bəri ən pis aylıq nəticə göstərib
Azərbaycan neftinin qiyməti 132 dolları ötüb
ABŞ 3-cü təyyarədaşıyan gəmisini Yaxın Şərqə göndərib
"Nvidia" şirkəti "Marvell" şirkətinə 2 milyard dollar investisiya yatırdığını açıqlayıb
Tramp: Hörmüz boğazı özü açılacaq, İran artıq məğlub edilib
İran sabahdan ABŞ-a bağlı İT və texnologiya şirkətlərini vuracağı ilə bağlı xəbərdarlıq edib
Bakıda yağışla bağlı bəzi sakinlər hotellərə yerləşdirilib





















