İPO-su 2019-cu ilə qala bilər
Qlobal maliyyə bazarlarının və neft sənayesinin yaxından izlədiyi Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti "Saudi Aramco"nun səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) 2019-cu ilə qədər təxirə salına bilər.
Bu barədə "The Financial Times" nəşri Səudiyyə Ərəbistanının rəsmi dairələrinə istinadən məlumat yayıb.
Məlumata görə, "Saudi Aramco"nun IPO-su ilkin mərhələdə ölkənin fond birjası "Tədavül"də həyata keçiriləcək. Səhmlərin xarici fond birjalarında yerləşdirməsi imkanları isə hələ araşdırılır.
"Saudi Aramco"nun maliyyə məsləhətçiləri hesab edir ki, ölkə şəhzadəsi Məhəmməd ibn Salman şirkətin hissələrinin satışından 2 trln. ABŞ dolları məbləğində gəlir əldə etmək hədəfinə çata bilməyib. Şirkətin illərlə qeyri-şəffaf idarə olunması da İPO üçün əlavə problemlər yaradıb.
Xatırladaq ki, "Saudi Aramco"nun səhmlərinin 5%-nin IPO-sundan 100 mlrd. dollar gəlir əldə edilməsi planlaşdırılıb.
© Report
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 saat əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
2 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
2 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim


























