Yaponiya bankları "Ripple" vasitəsilə pul köçürmələrinə başlayır
Yaponiyanın bank konsorsiumu - "SBI Ripple Asia" smartfonlar üçün "Money Tap" adlı yeni əlavəsini dövriyyəyə buraxmağa hazırlaşır.
Rusiya mətbuatını xəbər verir ki, mobil əlavə ABŞ-ın "Ripple" şirkətinin yaratdığı kriptovalyutanın blokçeyni əsasında fəaliyyət göstərəcək.
Son nəticədə yapon banklarının müştəriləri anlıq tranzaksiyaları günün 24 saatında həyata keçirə biləcəklər.
"Money Tap" Yaponiyanın bank sistemində tətbiq olunacaq ilk mobil əlavə olacaq. Artıq 3 bank - "SBI Net Sumishin Bank", "Suruga Bank" və "Resona Bank" əlavəni bu il payızda işə salacaqlarını bildiriblər. Tədricən digər banklar da bu sistemə qoşulacaq. Konsorsiuma 61 bank daxildir ki, bunlar da Yaponiyanın bank sisteminin 80%-nə nəzarət edir.
"SBI Ripple Asia"nın baş direktoru Takaşı Okita bildirib ki, Yaponiyada tranzaksiya infrastrukturunun yaxşılaşdırılmasında "Ripple" texnologiyasından istifadə olunması qürurvericidir: "Bankdakı hesab nömrəsindən və telefon nömrəsinin QR (Quick Response) kodundan istifadə etməklə hesablaşmalar həm çox tez, həm də ucuz həyata keçiriləcək".
Bununla belə, yayılmış xəbərin fonunda "Ripple"in qiyməti ümumi kriptovalyuta bazarındakı ucuzlaşma fonunda aşağı düşüb və 0,88 dollar təşkil edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)







