Sığorta şirkətinin Gəncə nümayəndəliyi açıldı
Bu gün “Qala Sığorta”nın Gəncə şəhəri, Heydər Əliyev prospekti 493 ünvanında yerləşən nümayəndəliyinin rəsmi açılışı olub.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, Gəncə nümayəndəliyinin fəaliyyətə başlaması ilə bütün qərb bölgəsinin əhalisi “Qala Sığorta” ilə yanaşı “Qala Həyat” sığorta şirkətinin də təqdim etdiyi könüllü həyat və icbari sığorta məhsullarından yararlana biləcəklər. Məqsəd bölgədə yaşayan insanlara yaxın olmaqla onların həyat və qeyri-həyat sığortası məhsullarından yararlanma imkanını asanlaşdırmaqdır.
Açılış mərasimində iştirak edən “Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov bütün Gəncə ictimaiyyətini salamlayaraq şirkətlə bağlı qonaqlara ətraflı məlumat verib.
O bildirib ki, bölgələrdə nümayəndəliklərin açılması ölkə rəhbərliyinin, regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində apardığı uğurlu siyasətin əməli iş planına kiçik də olsa töhfə verməklə, şirkətin uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq həyata keçirilir: “Bu gün biz Gəncə nümayəndəliyinin rəsmi açılış mərasimini qeyd edirik. “Qala Sığorta” şirkətinin baş ofisində və digər nümayəndəliklərində göstərilən sığorta xidmətləri Gəncə nümayəndəliyində də keçərli olacaq. Biz Gəncə nümayəndəliyimiz vasitəsi ilə bütün qərb bölgəsinin əhalisinə 23 sığorta növü üzrə xidmət göstərəcəyik. Bu sığorta növlərindən 19-u könüllü, 4-ü isə icbari sığorta növüdür. Sığorta xidmətlərimiz sırasına daşınmaz əmlakın icbari sığortası, avtomobillərin kasko sığortası və digər sığorta növlərimizi misal gətirə bilərik. Bununla yanaşı, nümayəndəliyimizdə müştərilərə “Qala Həyat” sığorta şirkətinin də məhsulları təklif olunacaq. Həyat sığortası məhsulları da olduqca maraqlı və çox sərfəlidir. Nümayəndəlikdə yüksək peşəkar komandadan ibarət işçilər çalışır. Sadəcə müştərilər Gəncə nümayəndəliyimizə yaxınlaşmaqla istənilən növ sığorta məhsulunu əldə edə bilər. - deyə, T.Yunsurov vurğulayıb.
T.Yunsurov 2018-ci ildə Şirkətin “Qala Sığorta hər kəsin sığortaçısı” şüari altında fəaliyyətini uğurla davam etdirəcəyini, eləcə də yaxın gələcəkdə növbəti nümayəndəliyin açılmasının planlaşdırıldığını da qeyd edib.
Qeyd edək ki, açılış mərasimidə Şirkətin baş ofisinin departament və şöbə nümayəndələrindən ibarət işçi qrupu ilə yanaşı İdarə Heyətinin sədr müavini Taleh Yunsurov, Gəncə Şəhıər İcra Hakimiyyətinin nümayəndələri və Gəncə ictimaiyyətini təmsil edən digər qonaqlar iştirak ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
1 gün sonra
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
-
5 d. əvvəl
Həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə aylıq 700 manat veriləcək
-
-
13 d. əvvəl
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub
- 20 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu həftə Azərbaycan Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq
-
1 saat əvvəl
ABŞ İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını qəbul etmir, buna imkan verməyəcək
-
1 saat əvvəl
Zelenski: Tramp Putini dayandırmağın yeganə yolu kimi Donbasın verilməsini görür
- 1 saat əvvəl
-
2 saat əvvəl
İllik gəlirliliyi 15 faiz olan istiqrazlara abunə yazılışı başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Abşeron Ticarət Mərkəzi yağışın vurduğu zərərin aradan qaldırılmasında sahibkarlara dəstək göstərir
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə direktor təyin olunub
Alıcı taplmayan "İstikbal Mobilya" yenidən satışa çıxarıldı
ABŞ İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını qəbul etmir, buna imkan verməyəcək
Azərbaycanda 3 lizinq şirkəti ləğv edilir
Ən çox oxunanlar
İllik gəlirliliyi 15 faiz olan istiqrazlara abunə yazılışı başladı
2026-cı ilin sonuna qədər qızılın daha da bahalaşacağı gözlənilir
Azərbaycan neftinin qiyməti 128 dolları ötüb
Neft treyderləri səbirsizliklə aprelin 6-sını gözləyirlər
Rəsmi məzənnələr açıqlandı
İrandan Hörmüz qərarı: Artıq keçid haqqı alınacaq!






















