"Qida təhlükəsizliyi haqqında" qanun layihəsi hazırlanır
“Qida ilə bilərəkdən və ya bilmədən yaranan və yayılan xəstəliklər xalqın gələcəyini, hətta mövcudluğunu təhlükəyə atır.
Bunu yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya texnologiyaları şöbəsinin müdiri Aynur Kərimova deyib.
Onun sözlərinə görə, qida təhlükəsizliyi ərzaq təhlükəsizliyi kimi ölkənin milli təhlükəsizliyinin bir hissəsidir: "Əgər ərzaq təhlükəsizliyi ölkə əhalisinin qida ilə təminatı deməkdirsə, qida təhlükəsizliyi bu qidanın sağlam olmasıdır. Ölkə əhalisinin səhhət və sağlığı, gələcək nəslin sağlam yetişməsi qida təhlükəsizliyindən birbaşa asılıdır. Zərərli qida hətta silahlı hücumlardan daha təhlükəlidir. Əhalimizin, xalqımızın sağlamlığı üçün qida təhlükəsizliyinin təmini bu gün qarşımızda dayanan əsas vəzifələrdəndir".
A.Kərimova bildirib ki, hazırda ölkədə qida zəncirində mövcud vəziyyət, ölkədəki hüquqi baza və onun icra vəziyyəti, qida istehsalçıları və idxalçıları ilə tanış olmaqla yanaşı, müxtəlif sahələrdə ciddi bazar araşdırmaları ilə məşğuldurlar. Bundan əlavə, qida təhlükəsizliyi sahəsində mövcud beynəlxalq təcrübəni, bir sıra ölkələrdəki analoji qurumların iş mexanizmini öyrənirlər.
Şöbə müdiri əlavə edib ki, Qida Təhlükəsizliyi Agentliyi ölkədə qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə nəzarət edəcək və istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olacaq. İstehlakçıların hüququnu müdafiə etməyimiz onların sağlam qida ilə təmin olunmasına yönələcək:
"Bizim vəzifəmiz qida zəncirinin bütün tərəfləri ilə sıx əməkdaşlıq etməkdir. Bu sahədə çalışan fermer, qablaşdırma və ya hazır məhsul idxalçısı, qida emalçısı, satıcı və ya tədarükçü - hər kəs anlamalıdır ki, onun işi insanları sağlam, təhlükəsiz qida ilə təmin etməkdir. İstəyimiz odur ki, quracağımız nəzarət mexanizmi yerli istehsalçılara dəstək funksiyası daşısın. Standartların tətbiqi və qida təhlükəsizliyinə tələblərin yerinə yetirilməsi yerli istehsalçıların məhsullarının ölkə daxilində satışlarını artırmağa və bazar payını genişləndirməyə, ixrac üçün rəqabət qabiliyyətini yüksətməyə xidmət etməlidir".
A.Kərimova deyib ki, hazırda agentlik tərəfindən "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi hazırlanır, həmçinin bir sıra qanun layihələrinə təkliflər hazırlanaraq Milli Məclisə təqdim olunub. "Yeyinti məhsulları haqqında", "Standartlaşdırma haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Fitosanitar nəzarəti haqqında", "Baytarlıq haqqında" Azərbaycan qanunlarına bir sıra təkliflər hazırlanıb.
Şöbə müdiri qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində yaradılacaq publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparacaq, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsi həyata keçirəcək, qida təhlükəsizliyi sahəsində normativ- texniki aktların layihələrini hazırlayacaq,qida məhsullarına dair beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqi, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərəcək:
"Avropa ölkələrində, Amerika və Avstraliya da həm dövlət səviyyəsində, həm də müstəqil olaraq analoji institutlar mövcuddur.Qida sahəsində xüsusilə elmi araşdırmaların aparılmasında bu institutların çox böyük rolu var. Hər hansı qida məhsullarının insan orqanizminə təsiri üzrə çoxillik araşdırmalardan tutmuş, qablaşdırmaların, müxtəlif məhsulların inqrediyentlərini araşdırır, təcrübələr qoyulur, alınan nəticələr növbəti mərhələlərdə standart və tələblərin yaradılması üçün əsas və istinad rolu oynayır. Eləcə də qida məhsullarının yarada biləcəyi xəstəliklər, risklər öyrənilir, təhlükələr, onların dərəcələri barədə məlumatlar verilir. Əminik ki, Azərbaycanda da belə bir institutun yaradılmasına nail ola biləcəyik".
© Trend
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
-
2 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 5 saat əvvəl
-
5 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 6 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Ən çox oxunanlar
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır



















