300-dən çox yeni korporativ müştəri cəlb edə bilib
2016-cı ilin nəticələrinə görə bank VTB (Azərbaycan)-ınkorporativ müştərilərinin sayı əhəmiyyətli dərəcədə artıb.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, il ərzində bankın komandası 300-dən çox yeni korporativ müştəri cəlb edə bilib. İl ərzində korporativ biznes üzrə gəlirlər 10 dəfə, hüquqi şəxslərin hesablaşma-kassa əməliyyatları üzrə dövriyyə isə 6 dəfədən çox artıb.
Bankın əsas müştəriləri Azərbaycan və Rusiya bazarlarında fəaliyyət göstərən beynəlxalq şirkətlərdir. VTB (Azərbaycan) 2016-cı ildəstrategiyasını yenidən nəzərdən keçirib və korporativ biznes istiqamətində fəaliyyətini aktivləşdirmək barədə qərar qəbul edib. Bankın başlıca məqsədi biznesi Azərbaycan və Rusiya bazarı ilə əlaqədar olan hər iki ölkə sahibkarları üçün əsas tərəfdaş-banka çevrilməkdir. İl ərzində bank, VTB beynəlxalq maliyyə qrupunun üstünlüklərindən istifadə edərək qrupun fəaliyyət göstərdiyi ölkələrdə Azərbaycan şirkətlərinin transsərhəd əməliyyatlarını fəal dəstəkləyib.
VTB (Azərbaycan)-ın planlarına əsasən, 2017-ci ildə tranzaksiya biznesinin ikiqat artırılması, 2019-cu ilədək isə bu göstəricinin 5 dəfədən çox artırılması nəzərdə tutulur.
“Hazırda bank tərəfindən tranzaksiya əməliyyatlarının həcminin artırılması istiqamətində iş aparılır. Bu, qarşıya qoyulan strateji məqsədlərin reallaşması, eləcə də korporativ biznes məhsulların təkmilləşdirilməsi, o cümlədən VTB qrupun müxtəlif ölkələrdəki bankları ilə birgə məhsulların tətbiqi hesabına mümkün olacaq” – deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru İqor Okayev bildirib.
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
58 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























