Ən çox şikayət edilən tikinti şirkətlərinin adları açıqlanıb
Azərbaycan Prezident Administrasiyasına barəsində ən çox şikayət edilən tikinti şirkətlərinin adları açıqlanıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov həmin şirlkətlərdən “Evrostroy-SS”, “FVS İnşaat”, “Murad M.S.”, “İdeal-İ İnşaat”, “Hermes-S”, “Brend Palace”, “Meqa City Holdinq”, “Abşeron LTD 2013", “İnam-İnşaat-555”, “Xudafərin”, “Əzizbəy-KM”, “Baku Pearl Residence”, “Caspian Park”, “Fuad LTD”, “İron İnşaat”, “Mahal”, “Elite City”, “Avro Qrand”, “İnşaat Konstruksiyaları”, “Birlik-İnşaat”, “Hasil”, “AENT-E”, “MVV Verus Praedium”, “Yüksəliş C”, “Rifah-Plaza” MMC-lər və “Kristal Abşeron”, “İlin Dörd Fəsli”, “Badu-Kubə”, “Yeni Yasamal”, “Şərur”, “Dağlar”, “İnteks”, “Çənlibel”, “Ayla”, “Mars”, “Fateh-N” MTK-nın adını çəkib:
"Həmin mövzuda respublikanın başqa rayonlarından da müraciətlər daxil olmuşdur və onların müəllifləri əsasən Bakı şəhərində həmin binalardan mənzil almış vətəndaşlardır.
Bundan əlavə, bir sıra müraciətlərdə artıq tikintini başa çatdırmış, lakin yaşayış üçün normal şərait yaratmamış “AAAF Park”, “Bağçalı evlər” yaşayış komplekslərində problemlərin illərdən bəri həll olunmadığını yazırlar.
Burada adı çəkilən bəzi MMC və MTK-ların vəzifəli şəxsləri barəsində artıq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılmış, vətəndaşların etibarından sui-istifadə edərək əlbir olduqları şəxslərlə birlikdə tikdikləri yaşayış binalarında bir mənzili bir neçə şəxsə satdıqlarına, vətəndaşların külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirdiklərinə görə onlar məsuliyyətə cəlb edilmişlər. Bunlardan cinayət əməlləri barədə Prezident Administrasiyasına dəfələrlə yazılı və şifahi müraciətlər daxil olmuş “Əzizbəy-KM”, “Hasil”, “Birlik-İnşaat” və başqa MMC-ləri göstərmək olar. “Əzizbəy-KM” MMC-nin 92 nəfər zərərçəkmiş şəxsə 2 milyon 627 min 717 manat zərər vurduğu sübut edilmiş, bu ziyanın 360361 manatının ödənilməsi təmin edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsində onların cinayət işinə baxılmışdır. Həmçinin qeyd etməliyik ki, bəzi hallarda belə cinayət törətmiş şəxslərə qarşı məhkəmələrin qəbul etdiyi qərarlar vətəndaşları qətiyyən qane etmir. Məsələn, “Hasil” və “Birlik-İnşaat” MMC-lərin rəhbərinə vətəndaşlara vurduğu ziyana görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2014-cü il mayın 30-da verilmiş 15 il azadlıqdan məhrumetmə cəzası Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2017-ci il dekabrın 12-də 6 ilə endirilmiş, vətəndaşlara dəyən maddi zərərin ödənilməsi təmin edilməmişdir".
Şöbə müdiri qeyd edib ki, ümumiyyətlə, tikinti sektorunda baş vermiş korrupsiya hüquqpozmaları ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhz vətəndaş müraciətləri əsasında 13 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilmiş, 300-dək şəxs zərərçəkmiş qismində tanınmışdır. Bu cinayət işlərindən “AAAF Park” və “Xalq City” MTK-ları, “Xudafərin” və “Fateh-N” MMC-ləri göstərmək olar.
Əhalinin haqlı narazılığına səbəb olan bu problemlərin, o cümlədən tikinti şirkətləri tərəfindən yol verilən dələduzluq və korrupsiya hallarının kökünün kəsilməsində Azərbaycan Respublikası Prezidentinin bu günlərdə imzaladığı “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanunu və Qanunun tətbiqi ilə əlaqədar 2018-ci il 5 fevral tarixli Fərmanı ciddi rol oynayacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
2 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 2 saat əvvəl
-
3 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
4 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
4 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma














.jpg)









