Beynəlxalq Bankın sədri:"London məhkəməsinin qərarı ilə razı deyilik"
Azərbaycan Beynəlxalq Bankına (ABB) qarşı London məhkəməsinin son qərarından apellyasiya şikayəti olacaq. Bu açıqlamanı ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.
Xalid Əhədovun sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya olunan öhdəliklərinin həcmi 3,3 milyard dollardır: “Bunu dəfələrlə elan etmişik ki, kreditorların 94%-i restrukturizasiya planının leyhinə səs verib. Kreditorların yalnız 6%-i planın əleyhinə səs verib və ya səsvermədə ümumiyyətlə iştirak etməyib. Plana qarşı etiraz bildirən kreditorlar öhdəliklərin ümumi məbləği nisbətində 4 - 5% təşkil edir. Gözlənilən idi ki, bu kreditorlar hər hansı qaydada öz maraqlarını qorumağa çalışacaqlar. Və çox normal bir haldır ki, onlar bunu etdilər”.
Qeyd edək ki, informasiyalarda 500 milyon dollarlıq məbləğdən söhbət gedir. Bu məbləğlə bağlı ABB sədrinin açıqlamaarı isə belə oldu: “Bu məbləğ 500 milyon dollar deyil. Sadəcə bankın 2014-cü ildə buraxılmış və ümumi məbləği 500 milyon ABŞ dolları olan avrobondlarından bir qismi “Franklin Tempelton” fondu tərəfindən idarə olunur. Bu məbləg 500 milyon dolların 25-30%-i civarındadır. Qiymətli kağızların sahibləri ilə bağlı identifikasiya prosesinin xüsusiyyətini nəzərə alaraq dəqiq məbləğ barədə danışmaq olmur. 4 - 5% -dək dedikdə isə söhbət 3,3 milyard dolların 4 - 5%-dən gedir. Bunlar iki təşkilatdır: biri Rusiya “Sberbank”ı, digəri “Franklin Templeton” fondudur”.
Cənab X.Əhədov bildirdi ki, bank məhkəməyə müraciət etməyə hazırlaşır. Bu müqavilələrin hamısı İngiltərə yuridiksiyasına aid olduğuna görə, onların məhkəmələri hansı qərar çıxaracaqsa, tərəflər də ona riayət edəcəklər.
Beynəlxalq Bankın sədri Xalid Əhədovla eksklüziv müsahibənin tam mətni ilə FED.az saytında saat 14:30-da tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)








