Expressbank-da bəzi xidmətlər müvəqqəti dayandırılacaq - XƏBƏRDARLIQ
Expressbank “Temenоs” şirkətinin “T24 Model Bank” prоqram təminatı məhsulunun son versiyasına keçir. Bu barədə "Marja"ya Bankdan bildirilib.
"İllər ərzində beynəlxalq nüfuzlu banklar tərəfindən sınanılmış , həmçinin Expressbank-da 2012-ci ildən etibarən istifadə olunan “Temenos T24” sistemi, bank əməliyyatları üzrə özünü mükəmməl və operativ platforma kimi doğrultmuşdur. Bu proqramın yeni versiyası bank əməliyyatlarının daha da avtomatlaşdırılmasını təmin edəcək. "T24” proqramının digər xüsusiyyətləri iş prosesində insan faktorunun minimuma endirilməsi və üç səviyyəli avtorizasiyanın mümkünlüyü ilə bağlıdır. Proqram təminatının son versiyası bank əməliyyatlarını daha təhlükəsiz və operativ etməyə imkan yaradacaq.
“T24” adlı yeni proqram təminatının tətbiqinə başlanması ilə bağlı həftə sonları xidmət göstərən Nəsimi və Əhmədli filialı, həmçinin bankın rəsmi saytında şəxsi kabinet və Expresspay ödəmə terminallarında bank xidmətləri 02 fevral 2018 tarixində saat 18:00-dan etibarən 05 fevral 2018 saat 09:00-dək müvəqqəti olaraq fəaliyyətlərini dayandıracaq.
Bankımızın bütün filialları, həmçinin online ödəniş xidməti, şəxsi kabinet və Expresspay vasitəsilə bank xidmətləri 05 fevral 2018-ci il tarixində 09:00-dan etibarən müştərilərə xidmət göstərməkdə davam edəcək",- Bankın məlumatında deyilir.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, altısı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 5000-dən artıq POS-terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
7 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
12 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
12 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)








